Mağarada yaşayan ailə tapıldı - İbtidai dildə danışırlar - FOTOLAR

  • 2018-11-02 16:53:36
  • |
  • Region /

Mağarada yaşayan ailə tapıldı - İbtidai dildə danışırlar - FOTOLAR

Türkiyənin Tünceli, Bingöl və Ərzincan vilayətlərinin kəsişməsində olan və dəniz səviyyəsindən 2500 metr hündürlükdə mağara kimi evdə yaşayan bir ailə tapılıb.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, ailənin dağları kəşf etməyə gedən ləpirçilər tapıb.

Ailədə 80 yaşlı ata və 75 yaşlı ana, eləcə də onların beş övladı yaşayır.

Uşaqlar məktəb təhsili almadıqları və digər uşaqlarla ünsiyyətdə olmadıqları üçün qismən də olsa, danışıq qabiliyyətlərini itiriblər.

Ailə üzvlərinin öz aralarında işarələrlə danışdıqları da bildirilir.

Ailənin 3 uşağı evə gələn ləpirçilərdən qorxduqları üçün bir müddət mağaradan çölə çıxmayıblar.

Loading...

QALEREYA