Magistral kəmərdə sızma - Bakının bu rayonlarında qaz kəsildi

  • 2019-03-18 10:01:45
  • |
  • Sosial /

Magistral kəmərdə sızma - Bakının bu rayonlarında qaz kəsildi

Bakıda Qaradağ-Digah magistral qaz kəmərində sızma olub.

Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində Bakının bir hissəsinə qaz təchizatı dayandırılıb:

"Gecə saat 01 radələrində baş vermiş sızma ilə əlaqədar Bakının Xətai və Nizami rayonlarına qaz təchizatı dayandırılıb. Artıq sızma aradan qaldırılıb və qazın verilişi bərpa olunub".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA