“Mahir Mədətov üzr istəməlidir” - "Qəbələ"dən SƏRT BƏYANAT

“Mahir Mədətov üzr istəməlidir” - "Qəbələ"dən SƏRT BƏYANAT

"Qəbələ" klubu "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətovla bağlı bəyanat yayıb.

Hurriyyet.org xəbər verir ki, "qırmızı-qaralar" 21 yaşlı hücumçunun dekabrın 31-də “CBC Sport” telekanalının efirində yayımlanan “Qış nağılı” verilişindəki çıxışına etiraz edib.

Bəyanatda deyilir ki, Mədətov verilişin formatına uyğun olaraq, maraqlı əhvalat nəql edərkən mövzu kimi "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla futbolçular arasında olan dialoqu seçib və bunu özünəməxsus şəkildə təqdim edib.

“Qəbələ” İdman Klubu futbolçunun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır: "Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir. Bütün bunları nəzərə alaraq, “Qarabağ” klubunun gənc futbolçusu haqqında ölçü götürməsini, Mahir Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” klubundan və Qriqorçukdan üzr istəməsini gözləyirik"./report/

Loading...

QALEREYA