Makqreqorla Nurməhəmmədov yenə “döyüşdü” - BU DƏFƏ...

  • 2019-04-01 15:10:07
  • |
  • İdman /

Makqreqorla Nurməhəmmədov yenə “döyüşdü” - BU DƏFƏ...

İrlandiyalı döyüşçü Konor Makqreqorla dağıstanlı Həbib Nurməhəmmədovun ulduzu heç cür barışmır.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, Makqreqor karyerasını bitirdiyinə görə, Nurməhəmmədovun ona söz atmasına “Twitter” hesabında belə reaksiya göstərib:

“Sənin pulunu əlindən aldılar, mənimlə döyüşəndə qardaşlarının gözünün altını qaraltdılar, balaca siçan. Tezliklə Las Veqasda böyük parti olacaq, balaca”.

Tezliklə Nurməhəmmədov ona cavab verib:

“Pul gəlib, gedəndir. Amma şərəf yox. Sən şərəfini həmin gecə itirdin və heç vaxt geri qaytara bilməyəcəksən. Sən bununla yaşa. MMA karyeranı bitirməklə “Twitter”də karyerana başlamısan?”

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA