Makron Ermənistana səfər edəcək

  • 2019-02-15 12:01:12
  • |
  • Dünya /

Makron Ermənistana səfər edəcək

Fransa prezidenti Emmanuel Makron Ermənistana rəsmi səfər edəcək.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakote deyib.

Fransa İnkişaf Agentliyinin Cənubi Qafqaz üzrə regional ofisinin rəhbəri Qaelle Assayaq ilə birgə Ermənistanın baş nazirinin müavini Mer Qriqoryanın qonağı olan səfir Makronun tezliklə bu niyyətini həyata keçirəcəyini çatdırıb. Səfir Lakote Fransanın ikitərəfli və çoxtərəfli formatlarda Ermənistanla münasibətləri inkişaf etdirməyə hazır olduğunu bildirib. Mer Qriqoryan isə öz növbəsində Ermənistan hökuməti tərəfindən nəzərdə tutulan islahatların həyata keçirilməsi zamanı Fransa ilə əməkdaşlığın inkişafına və dərinləşməsinə böyük əhəmiyyət verildiyini vurğulayıb.

Görüşdə Ermənistanda maliyyə bazarının formalaşması zərurətinə toxunulub və Ermənistanda fransız biznesinin inkişaf perspektivləri nəzərdən keçirilib. Ermənistanın Avrasiya İqtisadi Birliyi və Beynəlxalq Ticarət Təşkilatının üzvü olması onun üstünlüyü kimi dəyərləndirilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA