Makrona hələ belə hörmətsizlik edən olmamışdı — VİDEO

Makrona hələ belə hörmətsizlik edən olmamışdı — VİDEO

İngiltərə Xarici İşlər naziri Boris Conson Fransa Prezidenti Emmanuel Makronla görüşdə qəribə hərəkəti ilə gündəmə gəlib.

“Ölkə.Az” “Euronews”a istinadən xəbər verir ki, Brexit məsələsi ilə bağlı görüşlərini davam etdirən Conson Yelizey sarayındakı görüş zamanı ayağını kiçik stola uzadıb.

Ani hərəkətlə ayağını geri çəkən nazir jurnalistlərə əl işarəsi edərək Makronla söhbətə davam edib.

Görüşün sonunda Conson Brexit üçün İngiltərəyə lazım olan razılaşmanı əldə edə bilməyib.

Qeyd edək ki, o, Fransadan öncə Almaniyada idi. Angela Merkellə görüşdə əlləri arxada hərəkət edən Conson diqqət mərkəzinə düşmüşdü.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA