Malayziyanın itkin düşmüş təyyarəsi ilə bağlı ŞOK AÇIQLAMA!

  • 2019-02-19 18:21:25
  • |
  • Dünya /

Malayziyanın itkin düşmüş təyyarəsi ilə bağlı ŞOK AÇIQLAMA!

Hurriyyet.org xəbər verir ki, 2014-cü il martın 8-də Kuala Lumpur ilə Pekin arasında uçuş həyata keçirmək üçün yola düşən və aqibəti barəsində artıq 5 ildir ki, məlumat olmayan “İtkin Malayziya təyyarəsi” ilə bağlı bütün dünyada şok təsiri yaradacaq xəbər yayılıb.

289 nəfərin içərisində olduğu təyyarə çox sayda ölkənin axtarışa qoşulmasına rəğmən, tapılmamışdı və nəticəsiz axtarışlar dayandırılmışdı.

2018-ci il yanvarın 24-də ABŞ şirkəti “Oşen İnfiniti” 60 əməkdaşının və 8 sualtı qayığın iştirakı ilə yenidən axtarışlara başlamışdı. Malayziya nəqliyyat naziri Antoni Lok 2018-ci il mayın 29-da axtarışların dayandırılmasını qərara aldıqlarını bildirmişdi.

Laynerin yoxa çıxması ilə bağlı müxtəlif versiyalar səslənib.

Aviasiya sahəsində mükafat almış jurnalist Kristin Neqroni “Boinq”in dənizə düşdüyü zaman sağ qalmış yeganə şəxsin köməkçi pilot oduğunu irəli sürüb.

Onun yazdığına görə, MH370 reysinin ikinci pilotu Fariq Əbdül Həmid layneri adaya endirməyə çalışıb. Fariqin həmin aeroportun yerləşdiyi Lanqkavidəki aerokosmik akademiyada təhsil alması ekspert Neqronidə şübhələ doğurub. Onun fikrincə, kabinədə oksigenin azalması üzündən ikinci pilot mühüm qərarlar verə bilməyib və təyyarənin istiqamətini çevirməyə çalışıb. Lakin təyyarə uçmağa davam edib və Hind okeanına düşüb.

Neqroninin iddiasına görə təyyarə yerdən qalxdıqdan 30 dəqiqə sonra göyərtədə təzyiq azalıb, bu zaman kapitan pilot Zahari Əhməd Şah kabinədəki vanna otağında olub.

Təzyiqin azalmasından sonra təyyarədə sərnişinlərin yalnız 15 dəqiqə nəfəs almasına çatacaq qədər oksigen qalıb və bu səbəbdən sərnişinlərin hamısı 15 dəqiqə içərisində ölüblər.

Ekspert yazır: “Kapitan pilot geri qayıtmayıb. Köməkçi pilot Fariq Əbdül Həmid saatlarla cəsədlərlə birlikdə uçub və təyyarəni Malayziyadakı Lanqkavid aeroportuna endirməyə çalışıb”.

Neqroni oksigen azlığı üzündən getdikcə şüurunu itirən pilotun bir neçə saatlığa da olsa, təyyarədə sağ qalmış yeganə şəxs olduğunu, getdikcə təyyarəyə nəzarəti itirdiyini, sonda təyyarənin okeana düşdüyünü bildirib.

Kristina Neqroninin iddiaları ilə yanaşı, ötən günlərdə itkin təyyarənin pilotunun telefon danışıqları barəsində bəzi detallar mətbuata sızıb.

2014-cü ilin mayında Malayziya polisi tərəfindən hazırlanmış hesabatda MH370 pilotu Zahari Əhməd Şah ilə təyyarə mühəndisi Zulhaimi Bin Vahidin arasındaki bir telefon söhbətindən bəhs edilir. Hesabata görə, təyyarə itkin düşəndən əvvəl və sonra bu iki şəxs arasında bir neçə dəfə telefon danışığı olub.

Malayziya polisi 53 yaşlı Zulhaimi Bin Şahidinin kapitan pilot Şah ilə təyyarə ilə bağlı bəzi texniki detallar barəsində telefonla danışdığından və təyyarənin qaçırılmasına kömək etmiş ola biləcəyindən şübhələnmişdi.

Telefon danışıqlarını araşdıran Malayziya polisi bir müddət sonra Zulhaimi Bin Şahidini azadlığa buraxmışdı.

Zulhaimi istintaqa ifadəsində pilotun intihara cəhd elədiyi iddialarını rədd edib, qohumunun maddi vəziyətinin yaxşı olduğunu və özünü öldürmək üçün probleminin olmadığını bildirib.

Peykdən alınan məlumata görə, 2014-cü il martın 8-də Cənubi Çin dənizi səmalarında radarlardan itmiş Malayzoya təyyarəsi hava yoluna nəzarət mərkəzi ilə əlaqəsi itdikdən altı saat sonraya kimi uçuşuna davam edib.

Hökumət tərəfindən apardırmaya görə, təyyarə əvvəlcə sola doğru hərəkət edib, ardından Hind okeanı üzərindən Malayziyaya doğru uçmağa başlayıb. Təyyarə ilə son əlaqə Hind okeanının Avstraliya sahillərinə yaxın nöqtədə olub. Aparılan iki irimiqyaslı təhqiqatın heç biri uğurla nəticələnməyib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA