Maliyyə Bazarlarına Nəzarət Palatasında strateji yol xəritələri müzakirəyə çıxarıldı

Maliyyə Bazarlarına Nəzarət Palatasında strateji yol xəritələri müzakirəyə çıxarıldı

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) ötən ilin yekunlarına 2018-ci ildə qarşıda vəzifələrə həsr olunan iclas keçirilib.

Palatadan Hurriyyet.org-a verilən xəbərə görə, Palatanın baş direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Palatanın ötən ilin ikinci yarısından etibarən uğurla icra etdiyi layihələr, imza atdığı yeniliklər, maliyyə sektorunun makroiqtisadi vəziyyətinin sabitliyinin qorunmasına dair görülən işlər, maliyyə xidmətlərinin istehlakçıları qarşısında yerinə yetirilən öhdəliklər müzakirə olunub.

Palata tərəfindən bank sektorunun sağlamlaşdırılması, sığorta sektorunun təkmilləşdirilməsi məqsədilə mexanizmlərinin yaradılması, habelə qiymətli kağızlar bazarlarının inkişafı istiqamətində atılan addımlar, bankların kapital bazarlarına inteqrasiyası kimi məsələlərlə bağlı təkliflər dinlənilib. İclasda, həmçinin maliyyə xidmətlərinin inkişafına dair “Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə 2017-ci ildə icrası ilə bağlı məsələlər müzakirə olunub.

İclasda daxili Monitorinq qrupu tərəfindən strateji yol xəritələrinin icrası üçün 2017-2018-ci illər üzrə Əməliyyat Planının 2018-ci il üzrə icra olunacaq həyata keçirilməsində yarana biləcək risklər növbəti hədəflər barədə məlumat iclas iştirakçılarına təqdim edilib. İ. Alışov Əməliyyat Planının 2018-ci ildə də vaxtında effektiv həyata keçirilməsi ilə bağlı öz tövsiyə tapşırıqlarını işçi qruplarının rəhbərlərinə verib.

Loading...

QALEREYA