“Malyutka-2” ilə bağlı ekspertiza nəticələri açıqlandı

  • 2019-04-05 17:02:02
  • |
  • Aktual /

“Malyutka-2” ilə bağlı ekspertiza nəticələri açıqlandı

“Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələri açıqlanıb.

Hurriyyet.org Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub.

“Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib.

Eyni zamanda yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb.

Əlavə olaraq bildirilir ki, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adıçəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilib və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb.

Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır.

İstehlakçılardan oxşar hallarla qarşılaşdıqları zaman Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA