Manaf: “İbrahim saçını rəngləyir, mənə niyə olmaz?” - VİDEO

Manaf: “İbrahim saçını rəngləyir, mənə niyə olmaz?” - VİDEO

“İbrahim Tatlısəs kimi sənətkar saçını rəngləyir, mən onun yanında nəyəm ki, bunu etməyim?” Hurriyyet.org-un məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni Manaf Ağayev deyib. O bildirib ki, müğənni yox, başqa peşədə olsa, saçına rəng qoymaz:

“Bu gün sənin üzündə çapıq, burnunda əyrilik varsa, həkim də düzəldə bilirsə, bunun nəyi pisdir? Bu gün ərəb ölkələrinə getsəz, orada ağ baş adam tapa bilməzsiniz. Hamısı saçına qara rəng qoyub. Əgər mənim saçım ağdırsa, özüm də görürəm ki, ağ saçla efirdə yaşımdan çox böyük görsənirəm, niyə də rəng qoymayım? Vallah mən sənətdə olmasam, sürücü və yaxud da başqa peşələrin sahibi olsam, saçımı daz edərəm, başıma da papaq qoyaram. O zaman saç mənim nəyimə lazımdır ki? Ümumiyyətlə insan özünə baxmalıdır”.

 

 

 

Loading...

QALEREYA