Mandatı almış Ekrem İmamoğludan qalmaqalllı Səlahəddin Dəmirtaş çıxışı – "U DÖNÜŞÜ" - VİDEO

  • 2019-04-19 16:16:37
  • |
  • Region /

Mandatı almış Ekrem İmamoğludan qalmaqalllı Səlahəddin Dəmirtaş çıxışı – "U DÖNÜŞÜ" - VİDEO

Hurriyyet.org xəbər verir ki, İstanbul bələdiyyəsinin sədri mandatını almış Ekrem İmamoğlu seçkilərdən qabaq iştirak elədiyi bir televiziya verilişində HDP-dən millət vəkili seçilən Səlahəddin Dəmirtaşla bağlı verilən suallardan yayınmağa çalışmışdı. İmamoğlu həmin verilişdə HDP-nin ona verdiyi dəstəyi qəbul eləməmiş, Dəmirtaşı isə tanımadığını bildirmişdi. İmamoğlu seçkidən sonrakı açıqlamalarında, daha dəqiqi, Bərzani ailəsinə yaxın “Rudav” televiziyasına müsahibəsində Səlahəddin Dəmirtaşın apardığı siyasət barəsində “çox bəyənirəm” deyə açıqlama verməklə həqiqi mövqeyini nümayiş etdirib. O, “Rudav” müxbirinin “Seçkilərdən əvvəl Səlahəddin Dəmirtaşın bir “tvit” paylaşdığı və beləliklə kürd seçicilərinin səslərini sizə yönəltdiyi bildirilir. Bunu eşitdikdə nə hiss elədiniz?” sualına belə cavab verib: “Cənab Dəmirtaşın siyasətdə fəal olduğu dövrdə apardığı siyasi xətti bəyənənlərdən biriyəm. Həqiqətən də sülhsevər, uzlaşmaya gedən və qlobal dəyərləri irəli çıxaran siyasi xətti var idi. Bu da mənə çox xoş təsir bağışladı. Hətta bunun Türkiyə üçün bir fürsət ola bilcəyini və bir çox divarı yıxa biləcəyini də dilə gətirdim. Bu gün də eyni fikirdəyəm. Belə siyasi xətti olan bir insanın mənim barəmdə müsbət fikir söyləməsindən məmnunam”.

İmamoğlunun “sülhsevər” adlandırdığı Dəmirtaşın sözləri və əməlləri

HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş Diyarbakırdakı çıxışı zamanı “Aponun heykəlini ucaldacağıq” demişdi. Həmçinin, terrorçuların dəfnində iştirak eləməyən millət vəkilləri barəsində cinayət işi qaldıracağını söyləmişdi.

Eyni zamanda Dəmirtaş 6-7 oktyabr hadisələrində ekstremizmi qızışdırmaqla 53 nəfərin ölümünə səbəb olmuşdu.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA