Marketdə dəhşətli anlar: qadını bağladı, yandırdı və... - FOTO

  • 2019-02-23 13:21:01
  • |
  • Dünya /

Marketdə dəhşətli anlar: qadını bağladı, yandırdı və... - FOTO

ABŞ-da marketlərdən birində dəhşətli anlar yaşanıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, marketi qarət etmək üçün ora gələn soyğunçu bununla kifayətlənməyib.

O, əvvəlcə marketin satıcısı ilə müştərisi olan iki qadını yerə yatmağa məcbur edərək onları yapışqan lentlə bağlayıb və hərəkətsiz vəziyyətə gətirib. Bundan sonra isə müştəri qadının üzərinə yandırıcı maddə tökərək onu atəşə verib.

Kassadan 800 dollar götürən soyğunçu marketdən gedib.

Müştəri qadın isə çətinliklə lenti açıb və üzərindəki paltarları çıxararaq yanğını söndürüb. Yanıq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Robert Tompson (40) adlı cinayətkar həmin gün tutulub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA