Marsda böyük buz ehtiyatı aşkar edildi

Marsda böyük buz ehtiyatı aşkar edildi

“ExoMars-TGO” Rusiya-Avropa zondu Marsın səthində suyun bölgüsünün detallı xəritəsini tərtib edib və bir neçə böyük su buzu ehtiyatı aşkarlayıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, rusiyalı alimlər müşahidələrin nəticələri barədə Moskvada keçirilən Rusiya Elmlər Akademiyasının Kosmos Şurasının növbəti iclasında bildiriblər.

“Marsda, təxminən, üçdə bir su buzundan ibarət bir neçə böyük sahə olduğunu göstərdik. Onlardan ikisi planetin əks tərəfində – şimal və cənub yarımkürəsində yerləşir. Sıfır dərəcə meridianda və planetin ekvatorunda olana “Böyük su ərazisi” adını verdik”, – Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunın nümayəndəsi İqor Mitrofanov deyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA