“Mart, avqust və ilin son ayı Mərkəzi Bank üçün çətin olacaq” - Vüqar BAYRAMOV

“Mart, avqust və ilin son ayı Mərkəzi Bank üçün çətin olacaq” - Vüqar BAYRAMOV

“Ötən ilin dekabr ayında hərraclarda yarım milyard dollardan artıq valyuta satılıb. Öncədən də proqnozlaşdırdığımız kimi, ötən ay dollara tələbin artması müşahidə edildi. İlin son ayında əvvəlki ay ilə müqayisədə 2.8 dəfə, yəni 584,8 milyon dollar satılıb. Deməli, ötən ay məzənnənin qorunması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olub”.

Hurriyyet.org xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov bildirib.

“Manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən asılıdır”

“Sadəcə bir ay ərzində yarım milyard dollardan artıq xarici valyutanın satılması dollara olan tələbin xüsusi aylarda yüksək qaldığından xəbər verir. Bu isə o deməkdir ki, bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən və deməli, neft gəlirlərimizin həcmindən asılıdır. 2018-ci ildə isə Mərkəzi Bank üçün cətin aylar mart, avqust və ilin son ayı olacaq”, - deyə iqtisadçı vurğulayıb.

Hurriyyet.org

Loading...

QALEREYA