Martın 31-də keçirilən imtahanların nəticələri açıqlandı

Martın 31-də keçirilən imtahanların nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi 9 illik orta təhsil bazasında (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunları, üzrlü səbəbdən 3,10 və 17 martda keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları,orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün martın 31-də keçirilən imtahanların nəticələrini elan edib.

Mərkəzdən Hurriyyet.org-a verilən məlumata görə, şagirdlər DİM-in saytında öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA