Masallıda 2 uşaq atası özünü güllələdi - FOTO

Masallıda 2 uşaq atası özünü güllələdi - FOTO

Masallıda güllələnmə hadisəsi baş verib.

Hadisə gecə saatlarında rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, 2 uşaq atası olan kənd sakini, 34 yaşlı Rafael Valeh oğlu İbişov özünə məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində döş nahiyəsindən xəsarət alıb

O, qohumlarının köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb.

Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Döş nahiyəsindən güllə çıxarılan R.İbişov əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA