Masallıda qaçırılmış qızın qohumları oğlan evinə basqın etdi - YARALILAR VAR

Masallıda qaçırılmış qızın qohumları oğlan evinə basqın etdi - YARALILAR VAR

Masallı rayonunda qaçırılan qızın qohumları oğlanın evinə hücum edərək, ev sahiblərinə bıçaqla xəsarət yetiriblər.

Hurriyyet.org report-a istinadən bildirir ki, hadisə rayonunun Alışanlı kəndində baş verib.

Belə ki, kənd sakini 1969-cu il təvəllüdlü Xalıq Məmməd oğlu Həsənovun yaşadığı evə 4 nəfər basqın edərək ev sahibini və onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Xanım Balaş qızı Həsənovaya bıçaqla xəsarət yetiriblər.

X.Məmmədovun bildirdiyinə görə oğlu Rəşad bir gün əvvəl qonşu Səmidxanlı kəndindən qız qaçırıb. Qız öz istəyi ilə qaçdığını yazılı şəkildə bildirib. Bununla razılaşmayan qohumlar oğlanın atasının evinə hücum çəkərək qızın geri qaytarılmasını tələb ediblər. Qızı evdə görmədikdə ev əşyalarını dağıdıblar.

Hadisə ilə bağlı ev sahibi DİN-nin 102 xidmətinə məlumat verilib. Evə basqın edən şəxslər saxlanılıb. İzahatları alındıqdan sonra sərbəst buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Qaçırılan qızın qohumları oğlanın evinə hücum etdilər, ərlə arvadı bıçaqladılar - FOTOQaçırılan qızın qohumları oğlanın evinə hücum etdilər, ərlə arvadı bıçaqladılar - FOTO

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA