Maşına hücum çəkdi, şirkətin ofisini dağıtdı - Bakıda ŞOK HADİSƏ - VİDEO

Maşına hücum çəkdi, şirkətin ofisini dağıtdı - Bakıda ŞOK HADİSƏ - VİDEO

Bakının mərkəzi küçələrindən birində gözlənilməz hadisə baş verib.

Hurriyyet.org Baku.ws-ə istinadən xəbər verir ki, Səbail rayonu, Rəşid Behbudov küçəsi 55 ünvanında bir kişi aləmi bir-birinə qatıb. Kişi daha sonra “Unicapital” şirkətinin şüşələrini sındırıb.

Videodan da göründüyü kimi kişi qara rəngli maşının şüşələrini sındırıb. Hadisə yerinə polis əməkdaşları çağırılıb.

Məsələ ilə əlaqədar Səbail rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin 39-cu polis bölməsindən bildirildi ki, bir nəfərin “Volkswagen” markalı maşının şüşələrini sındırması və asayişi pozması barədə məlumat daxil olub. Hadisə yerinə polislər cəlb olunub.

Olayın baş vermə səbəbləri araşdırılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA