Maşınqayırma Zavodunda bədbəxt hadisə - 52 yaşlı fəhlə öldü

Maşınqayırma Zavodunda bədbəxt hadisə - 52 yaşlı fəhlə öldü

Bakıda zavodda bədbəxt hadisə baş verib.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bünyad Sərdarov adına Maşınqayırma Zavodunda qeydə alınıb. Orada işləyən, 1967-ci il təvəllüdlü Kərim Ələddin oğlu Kərimovun üzərinə ağır çəkili metal boru düşüb. Nəticədə K.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb.

Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, müvafiq ekspertizalar təyin olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA