“Mavi kaskalılar” Qarabağa yeridilir - Rus general Moskvanın ŞOK PLANINI AÇDI

“Mavi kaskalılar” Qarabağa yeridilir - Rus general Moskvanın ŞOK PLANINI AÇDI

“Moskva MDB və digər rusiyayönümlü bloklar vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına qayıtmağı planlaşdırır”.

Hurriyyet.org
publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni şərhçi Naira Ayrumyan deyib.

Onun iddialarına görə, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında postsovet məkanındakı münaqişələr, o cümlədən, Dağlıq Qarabağ məsələsi müzakirə olunub.

“Məlumatlar var ki, Rusiya Qarabağa “mavi kaskalılar”ı göndərməyi planlaşdırır. Onlar sülhməramlı qüvvə adı altında bölgəyə gələcəklər. Daşkənddə keçirilən iclasda bu məsələ qapalı şəkildə müzakirə olunub”, - deyə erməni şərhçi iddia edir.

Erməni şərhçinin iddiaları fonunda “İzvestia” qəzetinin yazdıqları da diqqət çəkir.

Qəzet yazır ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Daşkənd iclasında Azərbaycan və Ermənistanın müdafiə nazirlərinə tərəflər arasında yaradılacaq operativ əlaqədə Moskvanın kömək etməyə çalışacağını deyib.

Hərbi ekspert, general-leytenant Yuri Netkaçeva isə bildirib ki, Moldova və Rusiya hərbiçiləri Dnestryanında sabitliyi təmin etmək üçün əlaqəyə malikdirlər.

“Oxşar addımlar Dağlıq Qarabağda, eləcə də Ukraynaın şərqində sabitliyi təmin etmək üçün atıla bilər. Bununla yanaşı, Rusiya və MDB-nin digər dövlətlərindən ibarət sülhməramlı qüvvələr, yaxud “mavi kaskalılar” bu prosesdə lazım ola bilər”, - deyə rusiyalı ekspert vurğulayıb.

Loading...

QALEREYA