Maykl Koen Donald Trampı cinayət məsuliyyətinə cəlb etdirmək istəyir

  • 2019-02-27 16:45:37
  • |
  • Dünya /

Maykl Koen Donald Trampı cinayət məsuliyyətinə cəlb etdirmək istəyir

ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen Konqresdə verdiyi ifadəsində keçmiş şefinin qeyri-qanuni əməllərini sübuta yetirəcək sənədləri təqdim edəcəyinə söz verib.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, nüfuzlu politico.com saytı bununla bağlı M.Koenin ifadəsi barədə məlumatı olan etibarlı mənbələrdən informasiya əldə edib.

Keçmiş vəkil öncə pornoaktrisa Stormi Danielsə susması üçün pul ödənilməsi barədə sənədi konqresmenlərə verəcək.
Bundan başqa, Maykl Koen “BuzzFeed” saytında çıxan, Donald Trampın vaxtilə ona konqresmenlər qarşısında Rusiyadakı biznes əlaqələri barədə yalan danışması ilə bağlı əmr verməsi ilə bağlı informasiyaya da şərh verəcək.

Əvvəlcə bu məlumat prezidentə qarşı impiçment çağırışlarını gücləndirib. Lakin Rusiyanın 2016-cı il seçkilərinə qeyri-qanuni fəaliyyətini və D.Trampın Kremlə yaxın şəxslərlə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller gözlənilmədən bu informasiyanın doğruluğuna şübhə edib. “Qoy Koen əvvəlcə dəqiq izah versin ki, nə üçün yalan danışıb və necə yalan danışıb”, - deyə R. Müller hamını sakitləşdirib.

Qeyd olunur ki, dünən Konqresdə Maykl Koenin ifadə verməsi ilə əlaqədar qapalı iclas keçirilib. Eks-vəkil bu gün və sabah konqresmenlər qarşısında açıq ifadə ilə çıxış edəcək.

Maykl Koenin burada Donald Trampın “WikiLeaks” lə bağlı bağlantıları haqqında danışması gözlənilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA