Məcburi köçkünlərin müavinətləri bu qədər artırıldı - RƏQƏMLƏR

  • 2019-02-26 18:34:32
  • |
  • Sosial /

Məcburi köçkünlərin müavinətləri bu qədər artırıldı - RƏQƏMLƏR

Ölkə başçısının məcburi köçkünlərin vahid aylıq müavinətlərinin artırılması ilə bağlı detalları bəlli olub.

Hurriyyet.org ollke.az-a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin bu gün “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam imzalayıb və sərəncam aprelin 1-dən qüvvəyə minəcək. Səərncama əsasən vahid aylıq müavinət 50 faiz artırılacaq.
Belə ki, aprelin 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün vahid aylıq müavinət 40 manatdan 60 manata, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği isə 22 manatdan 33 manat olacaq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA