Məcburi köçkünlərin yataqxanasında yanğın - 4 NƏFƏR TƏXLİYƏ OLUNDU

 

Məcburi köçkünlərin yataqxanasında yanğın - 4 NƏFƏR TƏXLİYƏ OLUNDU

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub, 4 nəfər təxliyə edilib.

Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində baş verib. Belə ki, ümumi sahəsi 15 m² olan 1 otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA