Mədəniyyət işçiləri "Tarqovu"da döyüldü - Bakıda ŞOK!

Mədəniyyət işçiləri "Tarqovu"da döyüldü - Bakıda ŞOK!

Gecə saatlarında Bakının mərkəzi küçəsi olan "Tarqovu"da hadisə baş verib.

Hurriyyet.org Oxu24.com-a istinadla xəbər verir ki, Cavadzadə Fuad Yasər oğlu və dostu S.N Nizami küçəsindən keçərkən 4 nəfərin hücumuna məruz qalıb. Məlumata görə, həmin şəxslər soyğunçuluq məqsədi ilə hücum ediblər. Gənclər arasında əlbəyaxa dava zamanı F.Cavadzadə yüngül bədən xəsarəti alıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edən Fuad Cavadzadə və S.N Səbail Rayon 9-cu polis bölməsinə rəsmi ərizə ilə müraciət edib.
Fuad Cavadzadənin saytımıza verdiyi məlumata görə, hücum edən şəxslər polis tərəfindən "Bulvar" ərazisindən tapılıb və polis bölməsinə gətirilib. Hazırda araşdırmalar davam edir.

Məlumat üçün qeyd edək ki, hücuma məruz qalan şəxslər Bakıda yerləşən mədəniyyət evlərinin birində çalışırlar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA