Məhəmməd Cavad Zərif İran-Azərbaycan əlaqələrindən DANIŞDI - AÇIQLAMA

Məhəmməd Cavad Zərif İran-Azərbaycan əlaqələrindən DANIŞDI - AÇIQLAMA

“İranla Azərbaycan arasında dərin əlaqələr var. İki ölkə bir çox sahələrdə həmkarlıq münasibətlərində fəaliyyət göstərir. İranın cənubundan Azərbaycana daşımalar həyata keçirilir”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

O iki ölkə arasında poçt və dəmir yolları sahəsində geniş əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb: “Poçt sahəsində də ölkələrimiz arasında yeni əlaqələr başlanılıb. İki ölkələri arasında poçt müqaviləsi imzalanıb. Azərbaycanla İran arasında dəmiryolu xəttinin çəkilişə başlanılıb ki, bu da ölkələr arasında əməkdaşlığı gücləndirəcək. Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq üçün zəmin var. Xüsusən də səhiyyə sahəsində də tərəfdaşlıq edilir. Azərbaycandan İrana səhiyyə xidmətləri üçün çoxlu müraciət olunur. Biz də Azərbaycan xalqına keyfiyyətli və ucuz səhiyyə xidməti göstərməyə çalışırıq”.

Nazir bildirib ki, İranın cənubundan Azərbaycana 300 Geqabit saniyəlik əlavə xətt çəkilib və bununla bağlı müqavilə bağlanıb: “İran Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırdır. Hazırda bu yol Türkiyədən bağlanır. Azərbaycan şirkətləri qiymətləri endirsələr bu yolu Azərbaycanda aparacağıq”.

  • Hamısı
  • Loading...

    QALEREYA