Mehin Hümbətova evi tərk edən Orxanın təhsil haqqını ödədi – FOTO

  • 2019-08-21 14:39:55
  • |
  • Sosial /

Mehin Hümbətova evi tərk edən Orxanın təhsil haqqını ödədi – FOTO

Keçmiş müğənni, hazırda aktrisa kimi fəaliyyət göstərən Mehin Hümbətova təhsil almasını atası istəməyən və attestatı gizlədilən Orxan Bağırzadənin təhsil haqqını ödəyib.

Hurriyyet.org xəbər verir ki, aktrisa bu gün Azərbaycan Dillər Universitetinə gedərək onun bir illik təhsil haqqını ödəyib.

Qeyd edək ki, 18 yaşlı Orxan Bağırzadə tərcümə (rus-fransız) fakültəsini qəbul olub. Onun təhsil haqqı 1000 manatdır.

Mehin ötən gün sosial şəbəkədə atası təhsil almasını istəmədiyi üçün evi tərk edən Orxanın 4 illik təhsil haqqını ödəyəcəyini demişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA