Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxıldı

Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxıldı

Nardaran hadisələrinə görə həbs edilən şəxs azadlığa buraxılıb. Onun səhhətində ciddi problem var idi.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən şəxs qismində müttəhimlər kürsüsünə çıxarılan Əbülfəz Bünyatov azadlığa çıxıb.

Qeyd edək ki, ötən il hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunmuş və Əbülfəz Bünyatov 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Prosesə xərəkdə gətirilən Əbülfəz Bünyatov məhkəmə zalında həbs edilmişdi.

Qeyd edək ki, Ə.Bünyatov daha əvvəllər də həbs edilmiş, səhhətində olan problemə görə azadlığa buraxılmışdı.