Məhkum korteji və polis idarələri gülləbaran edildi - İRANDA GƏRGİNLİK

Məhkum korteji və polis idarələri gülləbaran edildi - İRANDA GƏRGİNLİK

İranın Sistan və Bəlucistan əyalətində polis bölmələri odlu silahlardan atəşə tutulub.

Hurriyyet.org Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətlərinin polis rəisi Məhəmməd Qənbəri məlumat verib.

Məlumata görə, gecə saatlarında bir neçə naməlum silahlı şəxs əyalətin Zahidan və Sərbaz rayonlarında yerləşən polis idarələrini atəşə tutub. Polislə bir müddət qarşıdurmadan sonra onlar hadisə yerindən uzaqlaşıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bu hadisələrdən bir neçə saat sonra isə əyalətin Cəkiqur bölgəsində naməlum silahlılar pentensiar xidmətin məhkum daşıyan kortejini atəşə tutublar.

Bu hadisə nəticəsində də ölən və yaralanan olmayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA