Məktəblərdə "donuz qripi" var? - NAZİRLİK AÇIQLADI

Məktəblərdə "donuz qripi" var? - NAZİRLİK AÇIQLADI

Təhsil Nazirliyi Azərbaycanda şagirdlər və müəllimlər arasında qızılca və A (H1N1) virusuna rast gəlinib-gəlinməməsi məsələsinə aydınlıq gətirib.

Nazirlikdən report-un sorğusuna cavab olaraq bildirilib ki, məktəblilər və müəllimlər arasında sözügedən virusların yayılması barədə Təhsil Nazirliyinə rəsmi məlumat daxil olmayıb.

Qeyd edək ki, ölkənin baş infeksionisti Cəlal İsayev yoluxma hallarının, adətən, yaşlı insanlar, əsasən də, tələbələr, yuxarı sinif şagirdləri arasında müşahidə olunduğunu deyib.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva dekabr ayı ərzində qızılca ilə əlaqəli 55 yoluxma hadisəsinin təsdiq olunduğunu qeyd edib.

Bundan başqa, baş epidemioloq İbadulla Ağayev Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilmədiyini, onların hamısının sağlam vəziyyətdə olduqlarını bəyan etmişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA