Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı razılaşdırıldı

Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı razılaşdırıldı

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı razılaşdırılıb.

Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekununda keçirilən mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, yaxın zamanlarda ikitərəfli görüş baş tutacaq:

“Biz artıq tarix barəsində razılıq əldə etmişik. Bu tarix ənənəvi olaraq Bakıda və Yerevanda açıqlanacaq”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA