Məmmədyarov Vanetsyanın Füzulidəki bəyanatına görə Moskvaya zəng vurdu - "Onlardan soruşun, xalqları sülhə hazırlayaq, yoxsa...?!"

Məmmədyarov Vanetsyanın Füzulidəki bəyanatına görə Moskvaya zəng vurdu - "Onlardan soruşun, xalqları sülhə hazırlayaq, yoxsa...?!"

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın işğal altındakı Füzuli rayonundan ötən həftə verdiyi bəyanata görə Moskvaya zəng vurub.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, nazir bunu Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistan rəhbərliyinin son bəyanatları sülhə xidmət etmir. Məsələn, Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyinin son bəyanatı. Mən bu məsələ ilə bağlı bu gün telefonla Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovla danışdım”-Məmmədyarov bildirib.

Azərbaycan XİN rəhbəri habelə ATƏT sədrindən xahiş edib ki, Yerevana gedəndə erməni rəhbərliyindən soruşsun: “Biz xalqları sülhə, yoxsa başqa istiqamətə hazırlayaq?”

Layçak isə erməni tərəfinin Dağlıq Qarabağın danışıqlarda iştirakına dair israrlarına münasibət bildirib. “Minsk Qrupu danışıqlar üçün yeganə formatdır və bütün münaqişə tərəfləri bunu qəbul edib. Formatda hər hansı dəyişiklik qarşı tərəflə razılaşdırılmalıdır”-o deyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA