Məmur neçə manat dəyərində hədiyyə ala bilər?

Məmur neçə manat dəyərində hədiyyə ala bilər?

Almaniyanın paytaxtı Berlində polis rəisinin hədiyə olaraq aldığı şampan şərabı işini itirməsinə səbəb olub. Belə ki, Berlində polis şöbələrindən birinə rəhbərlik edən şəxs hədiyyə olaraq bir vətəndaşdan şampan şərabı alıb.

Hadisənin Daxili İşlər Nazirliyi tərəfindən bilinməsindən sonra polis rəisi müvəqqəti olaraq işdən çıxarılıb. Onun barəsində araşdırma isə, hələ də davam edir.Hadisə ilə bağlı polis bölməsində çalışan 25 polis əməkdaşının evində də axtarış aparılıb. Bəs Azərbaycanda vəziyyət necədir? Qanuna görə neçə manatlıq hədiyyə rüşvət sayılır?

2018-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarıldı. Həmin dəyişikliyə əsasən Azərbaycanda deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər.

Qanunun 10-cu (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əlavə edilən 10.1-1 bəndinə əsasən, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

Əlavə edilən 10.3-cü maddəyə əsasən isə, deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli, və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidirlər.

Hüquqşünasların fikrincə Azərbaycanda məmurların 55 manatdan yuxarı qiymətdə olan hədiyyənin alınmasının qadağan edilməsi, ABŞ təcrübəsindən irəli gəlir. Belə ki, ABŞ-da 50 dollardan dəyərli hədiyyə almaq məmur üçün qadağandır. Azərbaycanda 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul edilən zaman da bu kimi təcrübələrdən istifadə edilib.

Картинки по запросу Əsabəli Mustafayev

Hurriyyet.org bildirir ki, Musavat.com-a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, ölkədə bu qanunun işlədiyini göstərən hər hansı bir muzey və ya buna bənzər yer yoxdur: “Yəqin ki, bu məbləğ reallıqla uyğunlaşmır. Məsələn, elə siqaret var ki, 1 bloku daha da baha olur. Ola bilsin ki, hansısa ehtimallar var ki, bu qayda böyük rüşvətin qarşısını ala bilər. Lakin hələ ki, bunun praktikada nə qədər işlək olduğunu təsdiqləyən sübut yoxdur. Görmürük ki, hansısa dövlət qulluqçusu harasa aldığı hədiyyəni təqdim edib. Bunun üçün xüsusi yer də yoxdur. Normanın ilk növbədə nə qədər işlək olmasından danışmaq lazımdır. Artıq sonradan onun az və ya çox olmasını düşünmək olar. Məndə məlumat yoxdur ki, bu norma işləkdir. Xaricdə isə idarələr xüsusi künclər düzəldirlər. Orada təqdim edilən hədiyyələri nümayiş etdirirlər. İstehlak malları olanlar yığılıb, uşaq evlərinə, qocalar evinə və ya xəstəxanalara verilir. Bunu da heç zaman gizlətmirlər. Onda insanlar da başa düşürlər ki, normaya ehtiyac var. Bəzi dövlət qulluqçusuna kimsə hədiyyə vermək istəyir. Onun göstərdiyi xidmət xoşuna gəlir, öz təşəkkürünü hədiyyə ilə bildirir. Bu da reallıqdır. Əgər belə məlumat yoxdursa ki, hədiyyələrin toplantısı var, deməli dövlət qulluqçuları bütün hədiyyələri götürürlər”.

Bəs qiymətinin 55 manatdan aşağı olan hədiyyəni məmur nə qədər müddətdən bir ala bilər?

Hüquqşünas bildirdi ki, məsələ ilə bağlı konkret vaxt qoyulmayıb: “Gün ərzində məmur 10 dəfə 54 manatlıq hədiyyə ala bilərmi? Əlbəttə ki, bu, nonsensdir. Çərçivələr nəzərdə tutulmalı idi. Ancaq qanunda belə bir hal yoxdur. Normanın işlənməsinə ictimai diqqət o zaman artacaq ki, ortada nümunə olacaq. Belə bir nümunə olmadığı üçün ictimaiyyəti də maraqlandırmır ki, məmur nə qədər dəyərində olan hədiyyə alır. Bu qanun kimsənin yadına düşmür. Ancaq çox vacib bir haldır. Belə normaları işləməyə məcbur etmək, böyük dəyişikliyə səbəb ola bilər”.

Əli Rais,
“Yeni Müsavat”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA