“Məmur övladlarının əvəzinə xəstə gəncləri orduya aparırlar”

“Məmur övladlarının əvəzinə xəstə gəncləri orduya aparırlar”

Hurriyyet.org xəbər verir ki, 2017-ci ildə erməni ordusunda 56 ölüm hadisəsi baş verib,  onlardan 10 nəfəri son iki ayda ölüb.

2017-ci ildə 56 ölüm – dinc dövrdə erməni ordusunda itkilər artmaqdadır.

2017-ci ilin yanvar-sentyabr aylarında Ermənistan və separatçı Dağlıq Qarabağ ordusunun 46 əsgər ölüb. 46 hərbçidən 29 nəfəri müddəti hərbi xidmət keçən əsgər, 17 nəfər müqavilə üzrə işləyən hərbçidir. Qeydə alınan hadisələrdən 17-si Ermənistanda, 29-u isə DQR-də baş verib.

46 ölüm hadisəsindən cəmi 21-i atəşkəs rejiminin pozulması nəticəsində baş verib, 6-sı qətl (bunlardan 5-i silahla davranış qaydasının pozulması, 1-i isə qəsdən adamöldürmə), 6-sı bədbəxt hadisə (4 bədbəxt hadisə, 1 zəhərlənmə və 1 xidmətə məsuliyyətsiz yanaşma ehtiyatsızlığa və nəticədə ölümə səbəb olub), 9-u intihar və ya intihar həddinə çatdırılma, 4-ü isə xəstəlik səbəbindən baş verib.

Bu statistikanı Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi toplayıb. Bu hesabata cari ilin oktyabr-noyabr aylarının statistikasını, yəni 10 nəfəri əlavə elədikdə ölüm hallarının sayı 56-ya çatır.

Qeyd edək ki, 2017-ci ildə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə, atəşkəs rejiminin pozulmasından ölüm halları 7 ədəd azalıb, bədbəxt hadisələr nəticəsində ölüm 9 ədəd azalıb, ölün halları iki dəfə azalıb, intihar səbəbindən ölüm hadisəsi 1 ədəd azalıb. Lakin sağlamlıqla əlaqədar problemlər üzündən ölüm halları 3 ədəd artıb.

Hüquq müdafiəçisi Janna Aleksanyan hesab edir ki, sağlamlıq üzündən ölüm problemlərinin səbəbi odur ki, xəstə çağırışçılar məmur övladlarının əvəzinə hərbi xidmətə göndərilir: “Bəs kim xidmət eləməlidir? Bilirsinizmi, Ermənistan Respublikaçılar Partiyasının rəhbərliyi artıq istəyir ki, məmur övladlarının xidmət eləməməsi normasını qanuna çevirsin. Belə istəyirlər. İndi hərbi xidməti nə az, nə çox, 3 ilə çatdırmaq istəyirlər. Bütün bunlar sosial bərabərsizliyin qanunən möhkəmləndirilməsinin ən parlaq nümunəsidir. Onlar özlərini sığortalamaq  üçün əllərindən gələn hər şeyi edirlər”.

Hurriyyet.org

  • Hamısı
  • Loading...