“Məmurlar sahibkarlığın inkişafının qarşısında əngəl oldular” - EKSPERT

“Məmurlar sahibkarlığın inkişafının qarşısında əngəl oldular” - EKSPERT

“Büdcə vəsaitlərini talan edirlər”

“Hamı bilməlidir ki, ölkənin bu formada idarə edilməsinin perspektivi yoxdur. Uzun müddətdir idarəetməni əllərində saxlayan indiki hakimiyyət ölkədə normal biznes mühiti yaratmadı, əksinə, hakimiyyətdə təmsil olunan oliqarx-məmurlar iqtisadiyyatın onurğa sütununu təşkil edən sahibkarlığın inkişafının qarşısında əngəl oldular. Eyni zamanda kiçik və orta biznesi sıxışdıraraq sahibkarlara mənsub olan biznesi, torpaq ərazilərini, tikililəri əllərindən alıb, özəlləşdirməklə məşğul olublar. Ələ keçirdikləri və yaratdıqları müəssisələrdə, obyektlərdə qurduqları qeyri-səmərəli biznesi isə dövlət büdcəsi hesabına maliyyələşdirərək büdcə vəsaitlərini talan edirlər”. Hurriyyet.org xəbər verir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.

“Məmurlar bitkiçiliyi də, heyvandarlığ da öz merkantil maraqlarına qurban veriblər”

Məhərrəmli qeyd edib ki, istənilən ölkənin kənd təsərrüfatının səviyyəsini heyvandarlığın inkişafı ilə müəyyən etmək olur: “Heyvandarlığın inkişafı bitkiçiliyin və emal sənayesinin inkişafı deməkdir. Azərbaycanda isə yüksək vəzifəli hakimiyyət məmurları bitkiçiliyi də, heyvandarlığ da öz merkantil maraqlarına qurban veriblər”.

“İnsanların neft gəlirlərinə bəslədikləri ümidlər puça çıxdı”

“Azərbaycana neft-qaz satışından indiyədək 140 milyard dollardan artıq vəsaiti gəlsə də, həmin vəsaitlərə 5-10 nəfər oliqarx-məmurlar sahib çıxıb. Bu qədər maliyyə axını müqabilində ölkəmizdə sənaye, kənd təsərrüfatı, turizm inkişaf etdirilmədi, gəlirli sahələrə çevrilmədi, işsizliyin aradan qaldırılması üçün yeni iş yerləri yaradılmadı. İnsanların neft gəlirlərinə bəslədikləri ümidlər puça çıxdı”, - deyə ekspert vuğulayıb.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA