“Məmurlar Sizin tapşırıqlarınızı qulaqardına vurur…” – RUSİYADA YAŞAYAN AZƏRBAYCANLI İŞ ADAMI İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ

“Məmurlar Sizin tapşırıqlarınızı qulaqardına vurur…” – RUSİYADA YAŞAYAN AZƏRBAYCANLI İŞ ADAMI İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ

Rusiya Federasiyasının Yakutiya vilayətində yaşayan iş adamı Məmmədov Vaqif Qasım oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Rusiyada yaşayan iş adamı Şəki-Qax şossesinin 17-ci km-də inşa etdirdiyi yanacaqdoldurma məntəqəsinin fəaliyyətinə imkan verilməməsi barədə prezident İlham Əliyev və digər səlahiyyyətli məmurlara müraciət edir:
“Möhtərəm cənab Prezident!

Siz 2017-ci il avqustun 4-də Qax rayonuna növbəti rəsmi səfəriniz zamanı regionda tütünçülüyün, fındıqçılığın və baramaçılığın inkişaf etdirilməsilə bağlı respublika müşavirəsi keçirilmişdir. Müşavirədə çıxış edərək regionda qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı mühüm tapşırıqlar vermisiniz.
Respublikada sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə olunmaqla ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində qarşıya qoyduğunuz vəzifələr ali məqsədlərə xidmət edir. Danılmaz həqiqətdir ki, xalqımız həmişə Sizin əmək adamlarına verdiyiniz yüksək qiymətin, göstərdiyiniz əvəzsiz qayğının şahidi olub, bunu özlərinin həyat səviyyələrinin yüksəlməsində aydın hiss ediblər. Bütün bunlara görə Sizə bir daha minnətdarlığımızı bildiririk.
Cənab Prezident!
Sizin qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı qəbul etdiyiniz qərarlar və verdiyiniz tapşırıqlar ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorun inkişafına təkan verib və onun tarixi şöhrətini özünə qaytarmağa başlayıb.
Məlumat üçün bildirmək istəyirəm ki, Şəki-Zaqatala iqtisadi zonasında kənd təssərrüfatının sürətlə inkişaf etdirilməsi üçün ən əvvəl obyektiv səbələri yaratmaq lazımdır. Belə ki, məsələn, Şəki şəhərindən Qax şəhərinədək olan məsafə 35 km, Yevlax –Zaqatala şosse yolundan Şəki-Qax rayonlarının Rusiyailə sərhəddə yerləşən kəndlərinə qədər olan məsafənin 20-25 km olduğunu nəzərə alsaq, deməli, bu iki inzibati rayon arasında yerləşən kənd təssərrüfatına yaralı torpaqların ölçüsü təxminən 700 kv.km-ə bərabərdir. Xatırladım ki, bu sahədə 1 kv.m sahə belə boş qalmamış-təyinatı üzrə istifadə olunmaqdadır. Amma bu 700 kv.m ərazidə kənd təsərrüfatı texnikasının, eləcə də fermer və işçilərin gedib-gəlməsi, məhsulların daşınması üçün bircə dənə yanacaqdoldurma məntəqəsi 1989-1996-cı illərdə fəaliyyət göstərmişdir. 2009-cu ildən bu yanacaqdoldurma məntəqəsini sahibindən alaraq orada yenidənqurma işləri görmüş, müasir avadanlıqlar quraşdırararq fəaliyyət göstərməsi üçün 2014-cü ildən lisenziya da almışam. Lakin çox təəssüflər olsun ki, bir sahibkar olaraq Baş Göynükdə yaşayan qardaşım Əhliman Qasım oğluna həvalə etdiyim bu obyektin fəaliyyətinə yerli məmurlar bu və digər səbəbləri bəhanə edərək işləməyə qoymurlar. Xatırladım ki, bu yanacaqdoldurma məntəqəsi ən strateji yer olan Şəki-Qax magistral sossesinin 17-ci km-də yerləşir. Bu zonada yaşayan 60 000 təsərrüfat adamı yanacaq üçün ya Qax, ya da Şəki şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinə üz tuturlar. Bu da insanlarda haqlı narazılığa səbəb olur. Vaxt və yanacaq itkisi də məhsul bolluğunun qarşısını alır.

Mən, Vaqif Qasım oğlu hərbi xidmətdən sonar 1980-ci ildən indiyədək Rusiya Federasiyasının Yakuts vilayətində almaz istehsalı kombinatında çalışıram. Bir azərbaycanlı iş adamı olaraq istəyirdim ki, bir neçə ildən sonra Vətənə qayıtdığım halda doğma diyarımda sahibkarlıq işimi yenidən tikdirdiyim yanacaqdoldurma məntəqəsində davam etdirim. Bu obyekti Şəki-Qax şossesində təşkil edərkən həmişə Sizin bir dövlət başçısı kimi çıxışlarınıza önəm verdik ki, xaricdə işləyən azərbaycanlı iş adamları Azərbaycanın da inkişafı üçün sərmayə yatırsınlar. Budur, imkanımız daxilində dövlətin kənd təssərrüfatı proqramının inkişaf etdirilməsi üçün belə bir yanacaqdoldurma məntəqəsi açsam da, imkan vermirlər ki, xalqa xidmət göstərilsin. Mən çox məyusam. Bəhanə də qoyublar ki, dispetçer məntəqəsinin otağının divarı standartlaran 30 sm kənara çıxıb. Axı bu 30 sm kimə maneçilik törədir? Kənddə yaşayan qardaşım. Əhliman da qapılarda sürünməkdən yorulub və əlinin dalını çevirib kor-peşiman evində oturur. Hansı ki, işin təşkilini ona həvalə etmişdim. Çox təəssüf.
Bütün bu bürökratik əngəllərə baxmayaraq bir ümidim qalmışdır ki, o da yenə cənab Prezident, Sizin yerli icra başçılarına verdiyiniz göstərişdir. Siz hər bir rayonda kənd təssərüfatının inkişaf etdirilməsi üçün hər bir rayon rəhbəri qarşısında vəzifə qoymuşdunuz ki, yaxın-uzaq xaricdə yaşayan azərbaycanlı iş adamları sərmayə yatırmağa, yeni obyektlər tikib istifadə verməyə cəlb edilsin. Amma biz Rusiyada yaşayıb əldə etdiyimiz sərmayəni doğma rayonumuzda obyekt tikintisinə qoysaq da, istifadə etməyə qoymurlar. Deməli, belə çıxır ki, yerli məmurlar Sizin tapşırıqlarınızı qulaqardına vurur, saymır, öz maddi maraqlarını düşünürlər. Axı indi Rusiyada da iqtisadi vəziyyət böhran həddindədir, əvvəlki kimi qazanmaq olmur ki, gətirib kiməsə “şapka” verək ki, obyektimizdən istifadə edək.

Möhtərəm cənab Prezident!
Sizi əmin edirəm ki, ölkədə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi üçün verdiyiniz tapşırıqların icrası ilə əlaqədar rayonda tütünçülüyün, fındıqçılığın, baramaçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı ilə bağlı bütün imkanlar rayon rəhbərləri tərəfindən vicdanla yerinə yetirilərsə, qarşıya qoyulan vəzifələrin öhdəsindən hamılıqla layiqincə gəlmək olar. Bir daha Sizdən xahiş edirəm, Şəki-Qax şossesinin 17-ci km-də tikib istifadə etmək istədiyimiz yanacaqdoldurma məntəqəsinin dərhal fəaliyyətə başlaması üçün lazımi göstərişlərinizi verəsiniz.
Dərin hörmətlə, iş adamı Vaqif Qasımoğlu RF-Yakutiya”.
Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA