“Mən tez-tez gürcü tərəfinin günahkar olduğunu deyirəm” - Gela Vasadze

“Mən tez-tez gürcü tərəfinin günahkar olduğunu deyirəm” - Gela Vasadze

Gürcüstanla Azərbaycan sərhədində yerləşən Keşikçidağ məbəd kompleksi ətrafında yaranan gərginlik səngiyib. Amma problemin həll olunduğunu demək mümkün deyil. Gürcüstan hakimiyyəti əhalini emosional olmamağa və ölkə rəhbərliyinə sakit mühitdə danışıqlar aparmağa imkan yaratmağa çağırıb.

Gürcüstan XİN-I isə sərhəd xəttində yerləşən monastr kompleksində baş verən insidenti qınayaraq bildirib ki, bu məsələ iki ölkə arasındakı partnyor münasibətlərinə uyğun deyil. Bir müddət əvvəl isə Gürcüstanın Azərbaycandakı səfiri baş verən insidentlə bağlı Xarici İşlər nazirliyinə dəvət edilib. Qeyd edək ki, Gürcüstanın bir qrup vətəndaşı Azərbaycan sərhədçilərini təhqir etmişdi.

Media.Az-a müsahibə verən gürcü politoloq Gela Vasadze bəyan edib ki, sərhəd problemini uzun illər həll etməyəndə hər şeyi gözləmək mümkündür.

“Aydın görünür ki, sərhədlərin delimitasiyası məsələsini həll etmək lazım idi. Amma 2012-ci ildən sonra əlaqə itdi və problemə heç kəs fikir vermədi. Amma bu il, iki ay əvvəl ilk toqquşma baş verdi və vəziyyət gərginləşməyə başladı. O dövrdə danışıqlara start verildi. Amma problem çox tez müddətə həll etmək olar. Ekspertlərin işi göstərmək, ipucu verməkdir. Biz də bunu etdik, amma son qərarı hakimiyyətlər verir”, - deyə Gela Vasadze bildirib.

- Sizə elə gəlmir ki, gərginlik kənar qüvvələr tərəfindən süni şəkildə yaradılır? Axı heç vaxt belə ola bilməz, uzun illər sakitçilik olur və birdən 2019-cu ildə iki dəfə vəziyyət gərginləşir…

- Şübhəsiz. Üçüncü tərəf bizim problem həll etməməyimizdən istifadə edir. Geriyəı addım atmaq və təcili olaraq problemlə məşğul olmaq lazımdır. Amma biz-Gürcüstan və Azərbaycan özümüz buna səbəb olduq və elə vəziyyət yarandı ki, bundan üçüncü qüvvələr istifadə edir.

- Konspiroloji versiyaya əsasən, bu gərginlik ABŞ-İran qarşıdurması və ABŞ-ın İrana zərbə endirmək məqsədi ilə bağlı yaranıb. Bu plan çərçivəsində Cənubi Qafqazda sərhədləri dəyişmək imkanları müzakirə edilir…

- Sərhədləri necə dəyişmək? Bu tip versiyaları irəli sürən ekspertlər Gürcüstanın harada yerləşdiyini başa düşürlərmi? Bu, iki ölkə arasında ticarət strukturunu bilmədən Rusiyanın Gürcüstana qarşı sanksiyalarını mühakimə etməkdir.

Yaxşı, deyək ki, ABŞ İrana hücum etmək qərarına gəlib. Cənubi Qafqaz onların nəyinə lazımdır? Fars körfəzi, müttəfiq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri var. Orada bazalar, təyyarədaşıyanlar var…

- Söhbətimizin əvvəlində dediniz ki, monastr kompleksi məsələsini tez və sadə həll etmək olar…

-Mən bu barədə çox danışmışam, eyni zamanda sizing nəşrə müsahibəmdə də qeyd etmişəm. Ümumi tarixi-mədəni qoruq yaradılır. Sərhəd postları bu qoruqdan kənarda olur. Bu zonaya Gürcüstan tərəfdən keçmək istəyən turistlər və qonaqlar məhz gürcü sərhəd məntəqəsindən keçirlər. Azərbaycan tərəfindən bu kompleksə gəlmək istəyənlər də Azərbaycan postlarından keçirlər.

- Amma siz başa düşürsünüz ki, bu tip həll yolundan da istifadə etmək istəyən insanlar olacaq.

- Bunun üçün isə nəyin nə olduğunu cəmiyyətə başa salan hakimiyyət var. Nəsə lazım olsa, biz ekspert cəmiyyəti olaraq kömək edərik.

- Yaxşı ki, bu yaxınlarda azərbaycanlı sərhədçinin avtomatını almağa cəhd edilən insident zamanı qurban olmadı. Bəs sonra nə olacaq? Məkrli plan sahibləri cəhdlərinə davam edə bilərlər…

- Sonra nə olacaq? Sadəcə təxribat üçün bəhanə verməmək lazımdır. Mən çox tez-tez gürcü tərəfinin günahından danışıram. Gəlin unutmayaq ki, bu, bizim ümumi-Gürcüstan-Azərbaycan problem və məsuliyyətidir. Biz birlikdə bunu həll etməliyik. Bakı və Tbilisinin fəaliyyətinin sinxronluğu lazımdır. Azərbaycanda və Gürcüstanda olan vətəndaş cəmiyyəti ümumi dil tapa bilər, mən buna əminəm.

Təbii ki, vəziyyətin kəskinləşməsini istəyən qüvvələr var.

- Gürcüstan mətbuatında monastr kompleksi ətrafındakı vəziyyətlə bağlı yazıların tonallığı necədir?

- Tonallıq müxtəlifdir. Amma siyasi isteblişmentdə təbii ki, hər şeyi gözəl anlayırlar. Sakitliyə çağırışlar üstünlük təşkil edir. Amma bir axmaq hər şeyi korlaya bilər, axmaq isə kifayət qədər çoxdur. Amma bizim hakimiyyət axmaq deyil. Sakitləşmək, dərindən nəfəs almaq və razılaşmaq lazımdır. Bu, Gürcüstan və Azərbaycan üçün çox vacibdir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA