MENBİÇ BÖHRANI BÖYÜYÜR... - Ərdoğan: “BOŞALDIN, GƏLİRİK!” - Amerikalı komandir: “DÖYÜŞƏCƏYİK!”

MENBİÇ BÖHRANI BÖYÜYÜR... - Ərdoğan: “BOŞALDIN, GƏLİRİK!” - Amerikalı komandir: “DÖYÜŞƏCƏYİK!”

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğanın dünən Menbiçdəki ABŞ hərbçilərinə üz tutaraq: “Haydı, çıxın, Menbiçə gələcəyik”, - sözlərindən sonra amerikalı komandir, general-leytenant Paul Fank gərginliyi artıracaq çıxış edib.

Ərdoğanın bu mesajından sonra ABŞ-ın iki yüksək vəzifəli hərbçisi – ABŞ-ın lideri olduğu beynəlxalq koalisiyanın ən yüksək vəzifəli komandiri, general-leytenant Paul Fank və koalisiyanın xüsusi əməliyyatlar komandiri, general-mayor Ceym Cerard ABŞ mətbuatının nümayəndələrini də özləri ilə götürərək Menbiçdəki ABŞ hərbçiləri və YPG mövqelərinə baş çəkiblər.

Meydan oxuyub

Koalisiyanın mətbuat katibi polkovnik Rayan Dillon da Fankın səfəri barəsində “Tvitter”də məlumat verib. “Assoşieyted Press” agentliyinin xəbərinə görə, ABŞ-ın burada gərginliyi azaltmaq məqsədi ilə yerləşdiyini iddia edən Fank deyib: “Heç kim bacarmadığı halda onlar Rakkanı geri aldılar. Biz İŞİD-in birdəfəlik məğlub olmasını təmin etmək məqsədi ilə bu bölgədəyik. Hazırda SDQ-ni dəstəkləyirik”.

Fank “Türkiyənin təhdidlərindən çəkinirsinizmi” sualının cavabında deyib: “Narahat olmuram. Mənim işim narahat olmaq yox, döyüşməkdir”.

“Nyu York Tayms”ın müxbiri isə general-leytenant Paul Fankın bu sözlərini sitat gətirib: “Bizi vursanız, aqressiv şəkildə qarşılıq verəcəyik. Özümüzü müdafiə edəcəyik”.

“Nyu York Tayms” qəzeti xəbərin anonsunu “Tvitter”də verərkən, bu sözlərin Türkiyənin təhdidlərinə cavab olaraq söylənildiyini yazıb.

Hurriyyet.org

Loading...

QALEREYA