Menbiçdə kürd yallısına ABŞ hərbçisi başçılıq edir - FOTOLAR

Menbiçdə kürd yallısına ABŞ hərbçisi başçılıq edir - FOTOLAR

Hurriyyet.org xəbər verir ki, Suriyanın şimalında yerləşən, İŞİD terror təşkilatından təmizləndikdən sonra başqa bir terror təşkilatına – YPG-yə təhvil verilən Menbiçdə dünən qadın yaraqlıların hərbi məzun mərasimindəki halayda ameikalı bir qadının hərbi halayın başında durması diqqəti cəlb edib.

Hələb şəhəri ətrafındakı ən böyük rayon mərkəzi Menbiçdir. İyunun 1-də başlayan və koalisiya qüvvələrinin də havadan dəstəklədiyi əməliyyat nəticəsində şəhər 2016-cı il avqustun 12-də tamamilə İŞİD-dən təmizlənmişdi. O zaman Türkiyə, İŞİD-in Suriya torpaqlarında Rakkadan sonra ən mühüm mərkəzi olmuş Menbiçin təmizlənməsindən sonra PKK-nın Suriyadakı qolu olan YPG-yə təhvil verilməsinə öz etirazını bildirmişdi. Bu məsələ ilə bağlı ABŞ ilə Türkiyə arasında gərginlik baş vermişdi.

YPG terror təşkilatının qondarma hərbi şurası tərəfindən idarə edilən rayonda dünən qadın yaraqlıların məzuniyyət mərasimində halay çəkən məzunlara amerikalı bir qadın hərbçinin başçılıq elədiyi diqqəti cəlb edib.

Fotolar sosial şəbəkələrdə paylaşılıb.

Hurriyyet.org

 

  • Hamısı
  • Loading...