“Mənə fəxri ad vermək üçün rüşvət istəyirlər…” - Maestro Niyazinin fotoqrafı…

“Mənə fəxri ad vermək üçün rüşvət istəyirlər…” - Maestro Niyazinin fotoqrafı…

Dünən Maestro Niyazinin fotoqrafı kimi tanınan, qocaman fotoqraf Tahir Cəfərovun doğum günü idi. T.Cəfərov 1948-ci il fevralın 15-də Bakıda anadan olub. O, Qanlı Yanvar faciəsi və bir çox tarixi hadisələrlə bağlı çəkdiyi fotolara görə məşhurdur. Onun yetişdirdiyi tələbələr dünyanın bir çox ölkələrində çalışır.

Hurriyyet.org
xəbər verir ki, T.Cəfərov moderator.az-a açıqlamasında doğum günüylə bağlı gileyli danışıb:

“Təbrikiniz üçün çox sağ olun. Bu gün 71 yaşım tamam olur. Doğum günümü elə özüm üçün ailəmlə birlikdə keçirirəm. Bu qədər xidmətlərim olub, amma dəyərləndirən yoxdur. Mənə ad vermək üçün rüşvət istəyirlər. Lakin bunlara fikir vermirəm. Əsas odur ki, hər şey qaydasındadır. Mənim sənətimə bələd olanların sayı çoxdur. Bu günə kimi yüzlərlə tələbələr yetişdirmişəm”.

Xatırladaq ki, T.Cəfərovun tanınmış fotoqraf olmasına səbəb ona gənc bir dostunun fotokamera hədiyyə etməsi ilə başlayıb. Bununla da fotoqrafçılığa başlayan T.Cəfərov “Azərbaycan pioneri”, “Bakinskiy Raboçiy”, “Bakı”, “Mənim Bakım” qəzetlərində çalışıb. O, bir müddət sonra Maestro Niyazinin xüsusi fotoqrafı kimi fəaliyyətini davam etdirib. T.Cəfərov Qara Yanvar hadisəsi zamanı yanvarın 19-dan 23-nə qədər fasiləsiz olaraq 300-dən çox foto çəkib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA