“Mənə səs verərsiz?” – Azərbaycanlı dünya çempionu deputat olmaq istəyir - Foto

“Mənə səs verərsiz?” – Azərbaycanlı dünya çempionu deputat olmaq istəyir - Foto

Böyüklər arasında Milli komandanın kapitanı, Dünya və Avropa çempionu kikboksçu Ramal Aslanov deputat olmaq arzusundadır.

"Lord" ləqəbli idmançı milli məclisin binasında olarkən çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.

O paylaşdığı fotoya "Qismət, inşallah yaxın zamanfa öz yerimi alaram bu zalda. Namizəd olsam səs verərsiz?" deyə yazıb.

Onun fotosu tez zamanda çoxsayda bəyənmə alıb.

Qeyd edək ki, kikboksçular federasiyanın prezidenti Adil Əliyevin dəvəti ilə Milli məclisin binasında olublar. Bu zaman Ümumdünya Həvəskar Kikboksinq Təşkilatının (WAKO) prezidenti Roy Beyker də orada qonaq olub. \\Yeni Sabah