Mənəvi qürbətdə olan “filosof”! Yaxud Mail Yaqubovun qalmaqalı barədə BƏZİ NÜANSLAR

Mənəvi qürbətdə olan “filosof”! Yaxud Mail Yaqubovun qalmaqalı barədə BƏZİ NÜANSLAR

Son günlər Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı ilə bu universitetin müəllimliyi vəzifəsindən istefa vermiş Mail Yaqubov arasında qalmaqal sosial şəbəkələrdə yayımlanır.

Mail Yaqubov 21 mart 2019 tarixli FB statusunda Xəzər Universiteti tərəfindən ona verilən 160 manat aylıq məvacibə etiraz edir. Ardınca onun həmin universitetdən ayrıldığı xəbərləri yayılır. Daha sonra Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı bununla bağlı açıqlama verərək Mail Yaqubovun universitetdə göstərdiyi bəzi “filosofluq” əməllərindən danışıb əslində onun əxlaqsızlığa görə Xəzər Universitetindən qovulduğunu bildirdi.

Mail Yaqubov isə cavabında ilk olaraq Hamlet İsaxanlını “allahsızlıq” və ateistlikdə ittiham edərək öz eyblərini ört-basdır etməyə çalışdı. Bu barədə bir neçə nüansı qeyd etmək məcburiyyətindəyəm:

01. Mail Yaqubov universitetdən ona verilən aylıq məvaciblə razı deyildisə səssiz-səmirsiz şəkildə universitetdən gedə bilərdi. Özünün yazdığına görə pula görə əvəllər kəskin etiraz edib rezonans yaratmağı özümə sığışdırmır, canı qədər sevdiyi gül tələbələrindən utanırdı. Amma nədənsə bunu özünə sığışdırmayan şəxs sonda Xəzər Universitetinin rəhbərliyini müxtəlif ittihamlara məruz qoyur, canı qədər sevdiyi gül tələbələrindən utanmadan rezonans yaratmağa çalışır! Görəsən nə baş verdi? Onun bu hərəkəti daha çox ucuz “şou” yaratmağa daha yaxın idi.

02. Mail Yaqubov statusunda yazır: “Hamlet İsaxanlı allahsızdır. O, bunu 2011-ci ildə, 4 nəfərlik xüsusi bir məclisdə özü etiraf etmişdi.”

Hamlet müəllimi yaxından tanıyan bir şəxs kimi deyərdim ki onun “allahsız” və ateist olması absurd iddiadır. Dəfələrlə ondan Allaha inandığını eşitmişəm. Yaqubov Mailin iddia etdiyi kimi Hamlet müəllim 2011-ci ildə, 4 nəfərlik xüsusi bir məclisdə özü bunu etiraf etmişdisə, indi belə bir xüsusi söhbəti ictimailəşdirmək hansı əxlaq prinsipinə uyğundur? Mail Yaqubova görə əxlaq, namus, vicdan, qeyrət məfhumu budurmu?

Bu iddia əslində onun özünü əxlaqsızlıq ittihamından qorumaq üçün ortaya atdığı bir cəfəngiyatdır.

Hamlet müəllimin ateist olmasına inanmasam da guya onun ateist olduğu təqdirdə nə dəyişir ki? Hər halda Hamet müəllim bəzi “filosoflar” kimi bəzi xanım müəllimələr və tələbələrə qarşı ləyaqətsiz hərəkət etməyib. Maskalanmayıb və başqaları ilə münasibət qurarkən “artistlik” etmir. M. Yaqubov unudur ki, onun riyakarlıqla dilə gətirdiyi “ölkədə geniş miqyasda islahat”ın müəllifi (Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev) həm də bu ölkədə tolerantlıq və multikulturalizm ənənələrinin carçısıdır. Yaqubov Maildən soruşan lazımdır ki, sənin bir insanın fərdi baxışı ilə nə işin var? Bu tolerantlığın hansı hissəsində məqbul sayılır?

Xəzər Universitetinə necə girmisən, bu başqa məsələ. 10 ildən çox orada işləmisən. Özünü doğrulda bilməmiş, ləyaqətsiz hərəkətlərə yol vermisən. Hamlet müəllim də sənin ləyaqətsiz davranışına göz yumub, sənə şans verib. Sənsə minnətdar olmaq əvəzinə şüvən salmısan... İddia etdiyin əxlaq və vicdan bumu?

03. Bu gün Mail Yaqubov kimi bir “pedaqoq”un professor Hamlet İsaxanlı kimi aydın və görkəmli bir alimi bu tərzdə dilə gətirməsi, onu gözdən salmağa cəhdi günümüzün acınacaqlı nümunələrindəndir. Çünki Hamlet müəllim fizika-riyaziyyat, şer, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis adını alıb, elm, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifliyinə imza atanda Mail Yaqubov İranın Qum şəhərində “Sepah” və “Ettilat” tərəfindən Azərbaycan Dövlətçiliyi əleyhinə yaradılmış və idarə edilən “Al-Mahdi” və “Al-Hojatiyə” Ali ruhani məktəblərində “əlif zəbər-ə”, “bey zəbər-bə” və “tey zəbər-tı” deməklə məşğul idi. Bunu sübut edəcək bir çox sənədlər, fotoşəkillər mövcuddur.

İran mollaları həmin ali ruhani məktəblərdə təhsil alan bəzi “Azərbaycanlı” mollaları ölkəmizin universitetlərinə “sızdırmaq” üçün onların Tehran, İsfahan və Qəzvin kimi universitetlərdə humanitar elmlər üzrə təhsil almasına şərait yaratmışdır. Mail Yaqubov da onlardan biridir. Kostyumlu-Qalstuklu mollalar... Adam o qədər yalançı və riyakardır ki, müsahibələrinin birində özünün ilahiyatçı olmadığını da dilə gətirir!!! Molla olub özünü fəlsəfə, şer-poeziya maskası altında gizlətmək doğrudan nə demək?

Ölkəmizin ali təhsil ocaqlarında fəlsəfə adı altında cəhalətin rəvac verilməsi və dini simvolların təhsil ocaqlarına daşınması dünyəvi dəyərlərlə bir araya sığmır. Belə bir iş doğru olsaydı o zaman Xəzər və digər ali təhsil ocaqlarına nə ehtiyacımız qalırdı ki? Gənc nəslimizi İranın Bağdanın və Ərəbistanın ali ruhani-dini məktəblərinə ezam edib gerizəkalı “alim” məzunlarımızın sayını artırar, bu minvalla ölkəmizin tərəqqi tapmasına yardım edərdik.

***********************

Təəssüf ki bu günə kimi Mail Yaqubovun bu kimi əndir-abadi əməlləri gözardına alınmışdır. Hər halda Mail Yaqubov kimisinin kimlər və hansı vasitələr tərəfindən Xəzər Universitetinə “sızması” məsələsi aydınlaşmalıdır.

Bir insan qürbətdə deyil öz doğma vətənində yaşaya bilər. Lakin bir çox zavallılar var ki öz doğma vətənində ikən əsil qürbətdə yaşamağa məhkum olur. Bu onların mənəvi dəyərlərdən uzaq düşməsindən, həyatda lovğalıq, riyakarlıq-yalan və xüdbinliyə aludə olmasına görədir.

Bir allahsızda vicdan olur da olmur da. Amma görəsən özünü maskalayan və “artistlik”-lə məşğul olanda vicdan olurmu?

M. Yaqubovun dünəni və bu günü, əməlləri barədə dərindən düşündükdə onun necə filosof olmasında və filasof adına layiq görülməsində çətinlik çəkirəm. Özünün də yazdığı kimi filosofluq əvvəlcə FƏLSƏFİ QAYDALARı düşünüb-təhlil edib, təsbit etmək, sonra həmin təsbit olmuş rasional prinsipləri müxtəlif siyasi, hüquqi, sosioloji, dini, əxlaqi, psixoloji problemlərdə tətbiq etməyi və dəqiq analizlə nəticə çıxarmağı bacarmaqdır. Görəsən o özü bu olaylardan düzgün nəticə çıxara biləcəkmi? Gözləyək! Çünki sualımızın cavabını zaman bəlli edəcək...

Ravi Şərif

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA