“Məni aradan götürmək istəyirlər” - TRAMP

  • 2019-03-04 11:51:01
  • |
  • Dünya /

“Məni aradan götürmək istəyirlər” - TRAMP

ABŞ prezidenti Donald Tramp Rusiyanın Amerikadakı 2016-cı il prezident seçkilərinə müdaxilə etməsini və Trampın Moskva ilə əlaqələri barədə iddiaları araşdıran xüsusi prokuror Robert Mülleri və demokratları kəskin tənqid edib.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, “Amerika Mühafizəkarlar İttifaqı”nın iclasında çıxış edən Tramp başladılan əsassız istintaqlar və ittihamlarla demokratların onun prezidentliyinə mane olmaq istədiklərini deyib.

“Araşdırmaya başlayaraq ifritə ovuna çıxıblar. Seçilə bilməyənlərin hazırladığı bir hesabatı gözləyirik. Siyasi düşmənlərim məni aradan götürməyə çalışırlar. Amma mən növbəti seçkiləri 2016-cı ildəki qələbəmdən daha böyük fərqlə qazanacağam. Düşünürəm ki, 2020-ci ildə bundan da yaxşı iş görəcəyik”, – deyə Tramp bəyan edib.

Tramp vurğulayıb ki, o, əvvəlcədən qurulmuş ssenaridən kənar ABŞ prezidenti seçilib və buna görə də, çoxlarının planlarını pozub: “Konqressimizdə ölkəmizə nifrət edən insanlar var, bilirsinizmi? Onların adlarını bir-bir saya bilərəm”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA