“Məni yazıçı edən yazmağa olan sevgimdir” - EMİLİYA ƏHMƏDOVA

“Məni yazıçı edən yazmağa olan sevgimdir” - EMİLİYA ƏHMƏDOVA

“İnsanlara kömək etmək, dünyanı yaxşılığa doğru dəyişmək istəyi ilə yazıram”

“...Azərbaycanda da belə qadınlar çoxdur. Onların əzabını, ümidsiz vəziyyətini ürək ağrısı ilə müşahidə edirdim, nəhayət onların zorakılığa qarşı haqq səsi olmağı qət etdim”

Həmsöhbətimiz hazırda Cənubi Amerikada yaşayan azərbaycanlı yazıçı Emiliya Əhmədovadır. Emiliya xanım üç gözəl kitabın müəllifidir. İngilis dilində yazılan həmin kitablar rus, ispan və portuqal dillərinə tərcümə edilib. Onun haqqında müxtəlif ölkələrin dövri mətbuatında məqalələr dərc olunub, kitabları Azərbaycanın əsas kitabxanasında saxlanır.

Emiliya Əhmədovanın “Hürriyyət”ə müsahibəsini oxucularımıza təqdim edirik.

- Emiliya xanım, mümkünsə, özünüz, ailəniz haqda oxucularımıza bilgi verərdiniz.

- Mən Bakı şəhərində anadan olmuşam. Biz üç qardaş, bir bacı idik, ailənin ilk övladı olduğumdan həmişə qardaşlarımı müdafiə edirdim. Məktəbdə yaxşı oxuyurdum. Mən mütaliə etməyi və zəiflərə arxa durmağı xoşlayırdım. Hərdən futbol oynayırdım və ağaclara dırmanırdım.

Biz atasız böyümüşük. Bu üzdən uşaqlığımız o qədər də qayğısız keçməyib, qəlbi qırıq böyümüşük. Anamla nənəm üçün bizi böyütmək asan deyildi, odur ki, onlara kömək etməyə çalışırdım, qardaşlarımın qayğısına qalırdım. 9 yaşım olanda artıq yemək hazırlamağı bacarırdım və qardaşlarımı məktəbə aparırdım.

Qardaşlarımla mənim nənə sarıdan bəxtimiz gətirmişdi. Bizim Aliyə nənəmiz çox mehriban və qayğıkeş, eyni zamanda çox qürurlu və güclü qadın idi. O, bütün həyatını bizə həsr etdi. Mənim nənəm istedadlı idi. Şeir yazırdı, gözəl səsi vardı, mahnı oxumağı xoşlayırdı. Amma təəssüf ki, ailəmizdə qohumlardan savayı, heç kəsin bundan xəbəri yox idi. O, ömrü boyu hamıya kömək edib, görünür insanlara yardım etmək ehtiyacım mənə nənəmdən keçib.

Anam Məhsəti xanım gözəl qadın idi, elə indi də gözəldir. O, çox nikbin insandır, hər zaman mənə arxa-dayaq olur. Hətta hər şey pis olanda da ruhdan düşmür, heç vaxt üzündən təbəssüüm əskik olmur. O, çox xeyirxahdı, insanları tez bağışlayır, heç kəsə kin saxlamır. Düşünürəm ki, bu həyatda onun kimi insanlar azdır. Həyat onu çox sınaqlara çəksə də, iradəsini sındıra, nikbinliyini əlindən ala bilməyib.

Mən Bakıdakı 141 saylı orta məktəbi bitirmişəm, 19 il əvvəl isə əcnəbi ilə ailə qurub Azərbaycanı tərk etmişəm. Bu illər ərzində bir sıra ölkələri gəzmişəm, müxtəlif insanlarla tanış olmuşam və ali təhsil almışam. Mənim biznes idarəçiliyi diplomum və insan resurslarının idarə edilməsi sahəsində incəsənət bakalavrı dərəcəm var (İngiltərənin Raskin Universiteti). Eləcə də idarəçilik nəzəriyyəsi və praktikasının xüsusi tədqiqatı, otellərin inzibati idarəetməsi, biznes, kommunikasiyalar və menecment rəhbərliyi üzrə beynəlxalq diplomların sahibiyəm.

Hazırda Cənubi Amerikanın ən iri adalarında biri olan Trinidadda yaşayıram. Uşaqlıqdan karyera qurmaq arzusunda olmuşam. Amma övladlarım dünyaya gələndə müvəqqəti öz arzumu unudub, onları böyütməyə qərar verdim. Mən bütün zamanımı evdarlığa, övladlarıma və həyat yoldaşıma sərf edirdim. Övladlarımı məktəbə hazırlaşdırırdım, onların təhsili ilə məşğul olurdum. Zəhmətim yerdə qalmadı, bu gün övladlarım bütün fənlərdən əla qiymət alır.

Onlar bir az böyüyəndən sonra işləməyə başladım, hətta yerli məktəbin könüllülər hərəkatına da qoşuldum. 2011-ci ildə boyskaut-canavar balaları dəstəsinin liderlərindən biri oldum. Amma bu fəaliyyətim yalnız 3 il davam etdi.

Tanrı mənə istedadlı övladlar bəxş edib. Oğlum Trinidadda güclü şahmatçı sayılır. O, öz ölkəsinə 3 qızıl medal gətirib, 2017-ci ildə şahmat üzrə Ustalığa Namizəd, 2018-ci ildə isə FİDE Ustası tutullarına layiq görülüb. Həmçinin şahmat yarışmasında 16 yaşlılar arasında milli çempion adına layiq görülüb. Qızım da şahmatçıdır, o da 10 yaşlılar arasında mili çempion adını qazanıb. Digər qızım öz kitabı üzərində çalışır. Ekizlərimdən biri isə 19.000 tələbənin iştirak etdiyi ölkənin əsas imtahanında 18-ci yeri tutub.

- Yazıçılığa maraq sizdə necə yaranıb, bu istedadı özünüzdə nə vaxt kəşf etmisiniz?

- Dediyim kimi, kiçik yaşlarımdan mütaliə etməyi sevirdim. Kitab oxumaqdan xüsusi zövq alırdım, bütün pulumu kitablara xərcləyirdim. Demək olar ki, hər gün yeni bir kitab oxuyurdum. Mən hər zaman zəngin təxəyyülüm və məntiqimlə seçilmişəm. Müəllimlərim gözəl, obrazlı nitqim olduğunu deyirdilər.

9 yaşımda atamın yoxluğunun qəlbimdə doğurduğu nisgili ifadə edən bir neçə şeir yazdım. Sonra yad planetlilərdən bəhs edən kiçik hekayə qələmə aldım. Elə o vaxtdan da yazıçılıq istedadım özünü biruzə verməyə başladı. Hekayəmi çap etdirmək həvəsinə düşdüm, amma bunun üçün onu Azərbaycan dilinə tərcümə etməli olduğumu söylədilər, rustəhsilli olduğumdan bunu bacarmadım və hekayəm işıq üzü görmədi, bu məni həvəsdən saldı və bir müddət ümumiyyətlə heç nə yazmadım.

Amma müəyyən vaxtdan sonra qəlbimdə heç olmasa bircə kitab yazmaq istəyi baş qaldırdı. Özü də adi bir kitab deyil, ətrafdakı insanlara, xüsusilə də zorakılıq qurbanı olan şəxslərə, özəlliklə də qadınlara ümid verən, onlarda nikbin əhval-ruhiyyə, özünə inam yaradan bir əsər yazmaq arzusunda idim.

Bu dünyada kobud, əzazil kişilərdən dayaq yeyən, fiziki və mənəvi işgəncələrə məruz qalan o qədər qadın var ki. Zorakılıq qurbanı olan həmin qadınlar təhqir və təhdidlərə dözməklə yanaşı, özgüvən hissini və yaşamaq həvəsini itirirlər. Azərbaycanda da belə qadınlar çoxdur. Onların əzabını, ümidsiz vəziyyətini ürək ağrısı ilə müşahidə edirdim, nəhayət onların zorakılığa qarşı haqq səsi olmağı qət etdim və “Qırılmış Zəncirlər” (Broken Chains) adlı ilk romanımı yazdım.

Картинки по запросу Broken Chains emiliya

Həyatla bağlı düçüncələrim və müşahidələrim mənə ikinci kitab üçün ideya verdi. Bu dəfə mən insanların etdiykləri səhvlərin nəticələri haqda düşünmədən, düzgün olmayan həyat tərzi keçirməsi haqda yazdım. Onlardan kimisi alkoqolik olur, kimisi də narkoman, ya da hansısa başqa yolla Tanrıdan uzaq düşür. Bu adamların arasında başqalarının ailələrini dağıdanlar, məktəb yoldaşları tərəfindən ələ salınıb təhqir olunduqları üçün qisasçı və zalım olanları da var.

Cəmiyyətdə problemlər çoxdur. “Bütün zamanlar üçün cəhənnəm” (A Hell For All Seasons) kitabımda mən pis əməllərin insanları hara aparıb çıxardığını və vaxtında bunu dərk edib yanlış yoldan çəkinmədikləri halda onları nə gözlədiyini göstərmişəm.

“Mən və mənim ekiz bacım” (My Twin Sister And Me) adlı üçüncü kitabımı uşaqlar üçün yazmışam. Bu kitabda uşaqları maraqlı hadisələrlə əyləndirməklə yanaşı, qəzəb və aqressiyaya qqarşı mübarizə aparmağı və zalım adamların hücumlarını dəf etməyi də öyrətməyə çalışıram. Bir sözlə, onlara xeyirxahlıq aşılayıram.

Hazırda isə daha bir əsərimi bitirmək üzrəyəm. Bu əsərdə cinayətkarlıq və insan alveri kimi ciddi mövzulara toxunuram.

Kitabımı ötən il itirdiyim nənəmlə qardaşımın xatirəsinə həsr edirəm.

Bu dünyada insan alverçilərinin, işbazların qurbanına çevrilən o qədər qadın, uşaq, hətta kişi var ki. Mətbuatda həmin insanlar haqda oxuyanda çox pərişan oluram və nə iləsə onlara kömək etmək istəyirəm. Axı hər birimiz onların yerində ola bilərik.

Öz kitabımda bu insanların yaşadığı əzab-əziyyəti, məruz qaldığı işgəncələri təsvir etməklə, cəmiyyətin diqqətini onların kədərli vəziyyətinə cəlb etmək istəyirəm. Eləcə də göstərirəm ki, cinayət yolu insana yaxşı heç nə vəd etmir.

Dediyim odur ki, məni yazıçı edən yazmağa olan sevgim, bir də in sanlara kömək etmək, dünyanı yaxşılığa doğru dəyişmək istəyimdir.

(Ardı var)

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

 

 

Похожее изображение

Картинки по запросу ya i moya sestra emiliya

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA