“Mənim vecimə də deyil, Putinə inanıram” - TRAMP

  • 2019-02-18 11:36:51
  • |
  • Dünya /

“Mənim vecimə də deyil, Putinə inanıram” - TRAMP

ABŞ prezidenti Donald Tramp kəşfiyyatın Şimali Koreyanın əlində Birləşmiş Ştatları vura biləcək raketin olduğu haqda məruzəsinə inanmır.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda CBS-ə Federal Təhqiqatlar Bürosunun direktorunun səlahiyyətlərini icra edən Endru Makkeyb bildirib.

Makkeybin sözlərinə görə, Tramp bu məruzəyə ona görə inanmır ki, Rusiya prezidenti Vladimir Putin ona Şimali Koreyanın belə raketlərə malik olmadığını deyib.

“Kəşfiyyat əməkdaşları Ağ evdə brifinq zamanı onu əmin etməyə çalışdılar ki, Şimali Koreyanın əlində belə raketin olmadığı haqda Putinin dediklərini ABŞ-ın heç bir kəşfiyyat strukturu təsdiqləmir. Prezident buna belə cavab verdi: “Mənim heç vecimə də deyil, Putinə inanıram””-Makkeyb bildirib.

FTB rəhbəri əlavə edib ki, Trampın işlərin əslində necə olduğu barədə kəşfyyatın hesabatlarına məhəl qoymaması ilə hər gün rastlaşır və bundan şoka düşür.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA