“Mənim vəhhabi dostlarım da var” - Allahşükür Paşazadə

“Mənim vəhhabi dostlarım da var” - Allahşükür Paşazadə

"Mənim xristianlarla da, müsəlmanlarla da dost münasibətim var. Sünnilər, şiələr arasında dostlarım çoxdur. Hətta vəhhabi dostlarım da var."

Hurriyyet.org yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləri QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O, bu gün keçirdiyi mətbuat konfransında amerikalı jurnalistin sualına cavabında belə deyib.

Şeyxülislam bildirib ki, Azərbaycanda bütün dini liderlərin toplantısına hazırlıq görülür.

Qeyd edək ki, Bakıda "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğu" adlı beynəlxalq konfrans keçirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA