“Meqafon” Azərbaycan xalqından rəsmi şəkildə ÜZR İSTƏDİ – VİDEO

  • 2019-07-15 22:29:21
  • |

“Meqafon” Azərbaycan xalqından rəsmi şəkildə ÜZR İSTƏDİ – VİDEO

Rusiyanın “Meqafon” şirkəti Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib.

Bu barədə şirkətin Mətbuat xidmətinin rəhbəri Yuriy Kovalçuk bildirib.

“Səhvimizi düzəltmişik və ən səmimi üzrxahlığımızı edirik. Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”, – o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl “Meqafon” şirkətinin saytında qondarma Dağlıq Qarabağ Respublikasında xidmətlər göstərdikləri ilə bağlı xəbər yerləşdirilmişdi. Bundan sonra Rusiyada yaşayan azərbaycanlılar “Meqafon”un abunəçisi olan həmvətənlərini sosial şəbəkələr vasitəsilə həmin şirkətlə əməkdaşlığa son verməyə çağırmışdılar. \\Report

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA