“Məqsəd Azərbaycanda iğtişaşlara zəmin hazırlamaqdır” - ELDAR SABİROĞLU

“Məqsəd Azərbaycanda iğtişaşlara zəmin hazırlamaqdır” - ELDAR SABİROĞLU

“Rusiyada azərbaycanlılarla çeçenlər arasında baş verən qarşıdurmanı, sonda silaha əl atılmasını hamılıqla və qətiyyətlə pisləməliyik. Bu toqquşmaya təsadüfi, sıradan hadisə kimi baxmaq olmaz. Xüsusi şəkildə hazırlanmış təxribata daha çox oxşayır ki, burada da rus və erməni izini görməmiz lazım. Yoxsa nə oldu ki, dost və qardaşcasına yaşayan iki müsəlman millətinin nümayəndələri birdən-birə üz-üzə dayandı?”

Hurriyyet.org-un məlumatına görə, bunları Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi, polkovnik Eldar Sabiroğlu son günlər Rusiyada azərbaycanlı və çeçenlər arasında qeydə alınmış insidentlərlə bağlı şərhində bildirib.

E.Sabiroğlunun fikrincə, toqquşmanı yaratmaqda başlıca hədəf azərbaycanlılardı. “Niyə məhz azərbaycanlılar? Son zamanlar millətimizin məlum səbəblərdən Rusiyaya axını bu ölkədə narazılığın miqyasını kəskin surətdə artırmışdır. Problemin həlli üçün çeçen-azərbaycanlı qarşıdurmasının yaradılması ən əlverişli vasitə olaraq gündəmə gətirilmişdir. Hadisənin alt qatında daha məkrli bir planın yerləşdiyini diqqətə almalıyıq və bu daha ağılabatandır. Beləliklə, məqsəd məsələnin böyüdülərək soydaşlarımızın kütləvi deportasiyasına nail olmaqla Azərbaycanda ixtişaşların törədilməsinə zəmin yaratmaqdır.

E.Sabiroğlunun fikrincə, açıq-aşkar erməni hiyləgərliyinə Rusiya xüsusi xidmət orqanlarının verdiyi dəstək göz qabağındadır.

“Çox yaxşı oldu ki, dərhal çeçen və azərbaycanlı nüfuz sahibləri bir masa arxasında əyləşərək hadisəni pislədilər və bu iki müsəlman millətinin daha sıx dost və qardaş olacağına əminliklərini ifadə etdilər”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA