“Məqsədim ancaq Azərbaycanı və türk dünyasını tanıtmaq olub”

“Məqsədim ancaq Azərbaycanı və türk dünyasını tanıtmaq olub”

Dünya, səndən kimlər keçdi

Mərhum xalq artisti Tofiq İsmayılovla sağlığında aparılan söhbət

Dünya, səndən kimlər keçdi”slisiləsindən olan bu dəfəki yazımızı Azərbaycan kino sənətinin görkəmli nümayəndələrin dən olan Azərbaycanın xalq artisti, professor, yazıçı, pedaqoq və kinorejissor, xalqının çiçəklənən sabahı, gözəl həyatı üçün əlindən gələni edən fədakar sənətkarlarımızdan biri Tofiq İsmayılovun xatirəsinə həsr etmiik.

Tofiq İsmayılov müasir kinomuzun vəziyyəti, onun axtarışları və dünya şöhrəti, kinoda xəlqilik və ideyalılıq, aktyor və rejissor sənəti problemləri kimi ciddi sənət məsələlərindən söhbət açan 100-ə yaxın məqalələri, müxtəlif sənət məsələlərilə əlaqədar çıxışları, "Türk xalqlarının kino sənətinin təşəkkül və təkamül dövrünü əks etdirən tədqiqat əsəri və üçcildlik "Türk Cumhuriyyətlərinin sinema tarixi" ensiklopedik əsərləri, 30-a yaxın sənədli, bədii və televiziya filmlərinin rejissoru və beş uşaq kitabının müəllifidir.

Tofiq müəllim uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq sənəti üzrə dərs deyib, universitetin rejissorluq kafedrasına rəhbərlik edib,həmin universitetin professoru olub. 1994-cü ildə Türkiyə Cumhuriyyəti Memar Sinan adına Gözəl Sənətlər Universitetinə dəvət alan Tofiq İsmayılov 15 il bu ölkədə - İstanbulda çalışıb. Türkiyədə doğma Azərbaycanımızı, milli kinomuzu təbliğ edib, tanıtdırıb.Onun İstanbulda düzənlədiyi I, II, III "Türk dünyası kinofestivalları", "Ailə filmləri festivalı", "Fantastik filmlər festivalı", "Ç. Aytmatov əsərlərinin kinofestivalı", I, II "Türk dünya teatro festivalı", I, II, III "Türk dünyası operaları günləri", I, II "Türk dünyası çağdaş ədəbiyyat günləri", "Türk dünyası ulduzları silsiləsi"ndən "Qara Qarayev", "Üzeyir Hacıbəyli", "Rəsul Rza", "Bəxtiyar Vahabzadə", "Adil İskəndərov", "Anar" günləri və bir çox sənət şənliklərinin ideya müəllifi olub. "Türk dünyası Ərzrumfilm festivalı"da məhz Tofiq İsmayılovun şəxsi təşəbbüsü və zəhməti hesabına baş tutub. Onun səyi və təşəbbüsü ilə Azərbaycan dramaturqlarının əsərləri İstanbulda səhnəyə qoyulub.

Tofiq İsmayılov pedaqoji fəaliyyətliə yanaşı, 18 bölümlü "Əfv et məni, xocam" teleserialına çəkilib, Ç.Aytmatovun "Gün var əsrə bərabər" romanı əsasında "Manqurt" və qazax şairi Muxtar Şahunovun "Çingiz xanın sirri" mənzum romanını İstanbul Bələdiyyə Teatrı üçün səhnələşdirib.

Mövlanə Cəlaləddin Ruminin YUNESKO tərəfindən keçirilən 800 illiyində, Bakıda Tofiq İsmayılovun təşəbbüsü ilə təşkil olunan "Mövlanə həftəsi" qeyri-adi bir tamaşa idi, bu tamaşa ilə xalqımız Şərqin böyük şairi, həm də Mövlanə adı ilə tanınmış Cəlaləddin Rumiyə ehtiramını ifadə etdi.

Azərbaycan mədəniyyəti üçün həqiqətən böyük işlər görən ustad sənətkar Tofiq İsmayılov 2016-cı ilin 25 martında, 76 yaşında dünyasını dəyişdi. Yazda anadan olan sənətkar, elə yazda da dünyaya əlvida dedi.

Vəfatıdan bir il öncə, 75 illik yubileyi ərəfəsində onunla həmsöhbət olmuşduq. Ağır xəstəliyinə baxmayaraq, həyat dolu idi Tofiq müəllim. Maraqlı bir layihə üzərində işləyirdi. Bu nikbin ruhlu insanı dinləyəndə, onun sənət sevinci ilə alışıb yanan gözlərinə baxanda, belə tezliklə bizi tərk edəcyinə inana bilmirdni. Amma nə yazıq ki, növbəti doğum gününü Tofiq müəllimsiz qeyd etməli olduq.

Bu günlərdə Tofiq müəllimin 78 yaşı tamam olacaq. İllər öncə ondan aldığımız müsahibə ilə təbrik etmək istəyirik unudulmaz sənətkarı. Ruhu şad olsun!

- Tofiq müəllim, xoş gördük sizi. Ad gününüzü təbrik edirik. Sizə uzun ömür, can sağlığı arzulayırıq.

- Təşəkkür edirəm.

- Sizi işdən ayırdıq. Müslüm Maqomayev haqda sənədli filmi montaj edirsiniz. Bu film illər öncə çəkilib və çox böyük əks-sədaya səbəb olmuşdu öz vaxtında. Bəs indi bu filmin montajı nə ilə əlaqədardı?

- Bu film o film deyil. Bu film yeni filmdi və “Müslüm Maqoma yev haqda üç novella” adlanır. Müslüm Maqomayevin 70 illik yubileyi ərəfəsində məndən onun haqqında film çəkməyi xahiş etdilər. Mən də bu işə çox həvəslə hazırlaşdım. Çünki özünüz bilirsiniz, Müslüm Maqomayev necə böyük bir müğənnidi, dünya şöhrətli sənətkardı, xalqımızın fəxridi, belə insanlar yüz ildən bir gəlir dünyaya, Allah belə insanları bol eləsin. Bizim “Mədəniyyət və Turizm Nazirliyi” nin sifarişidi bu film. Çox düşünüb daşınandan sonra filmi “Müslüm Maqomayev haqda üç novella” adlandırdıq. Birinci novella Müslüm Maqomayevin həyat yoldaşı müğənni Tamara Sinyavskayanın onun haqqında söylədiyi xatirələr əsasında çəkilib. Onların tanışlıq və sevgi tarixçəsi, evlilik həyatı haqda Tamara xanımın söhbətləri təqdim olunur tamaşaçılara. Bütün bu tarixçənin mərkəzindəsə Bakı dayanır. Çünki onların tanışlığı və sonrakı birgə həyatları məhz Bakıdan başlayır. 2- ci novella Müslümün dostları haqdadı. Novella “Həqiqi dostlar” adlanır. 3-cü novellanın adınısa Müslüm Maqomayevin ən məşhur və sevilən mahnısı olan “Sinyaya veçnost”(“Mavi sonsuzluq”) mahnısının adından götürmüşük. Yəqin bilirsiz ki, bu mahnı Müslüm Maqomayev haqda çəkdiyim ilk filmimçün, “Oxuyur Müslüm Maqomayev” filmi üçün bəstələnmişdi. Həmin dövrdə Müslüm iki mahnı bəstələdi və yalnız bundan sonra dünyada təkcə təkrarsız səsi olan müğənni kimi deyil, istedadlı bəstəkar kimi də tanındı. O vaxtadək nə yazırdısa, özü üçün yazırdı, ortaya çıxarmırdı. Amma bu iki mahnıdan- atasına həsr etdiyi mahnıyla “Sinyaya veçnost” (“Mavi sonsuzluq”) mahnısından sonra bir çox mahnılar bəstələdi, filmlərə də musiqi yazdı. “Müslüm Maqomayev haqda 3 novella” filmi hələ ictimaiyyətə təqdim olunmayıb. Filmə daxili baxış keçirilib. Film rus dilində yığıldığından Azərbaycan dilinə tərcümə olunub dublyaj edilməli dir. Xəstəliyimlə əlaqədar bu iş bir az yubanıb.

- Allah sizə şəfa versin.

- Çox sağ olun. Yəqin bilirsiniz ki, aprelin 26-da Muğam Mərkə zindədə yubiley gecəm keçiriləcək. Tədbirin sonunda bu filmdən təxminən 25-30 dəqiqəlik bir parça təqdim etmək istəyirəm tamaşaçılara. İnanıram ki, bu onlarçün xoş bir sürpriz olacaq. Bu filmin hər novellası 50 dəqiqədir. Bizsə bütün filmdən cəmi 30 dəqiqəlik bir parçanı seyriçiyə təqdim etmək istəyirik. Bu günkü montajı da elə bununçün edirik.

- Tofiq müəllim, sizin yaradıcılığınız o qədər zəngin və rənga rəngdir ki, necə deyirlər, heç bilmirsən, hardan başlayıb harda qurtarasan. Çünki həm aktyor, həm rejissor, həm yazıçı, həm ssenarist, həm alim, həm də pedaqoq kimi tanınırsınız, sevilirsi niz. Sizin filmlərinizə bu gün də böyük maraqla baxırıq. Bundan sonra da sizdən təbii ki, yeni filmlər gözləyirik. Amma gəlin xəya lən də olsa, yolun başlanğıcına, gənclik illərinizə qayıdaq. Bili rəm ki, siz o vaxtkı M.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmisiniz və Gənc Tamaşaçılar Teatrında bir müddət aktyor kimi fəaliyyət də göstərmisiniz O illəri necə xatırlayırsınız?

- Həmin illəri mədəniyyətə axın illəri kimi səciyyələndirərdim. Müharibə insanları o qədər yormuşdu ki, insanlar ancaq dinclik, sevinc, səadət axtarırdılar. 50-ci, 60-cı illərin əvvəllərində insanlar dünyanı artıq başqa cür görməyə başladılar. O dövrdə mədəniyyətə böyük bir axın vardı. Misalçün, 60-cı illərdə demək olar, hər kəsin evində piano vardı, kasıbın da, dövlətlinin də, demək olar, hər kəsin övladı musiqi məktəbində oxuyurdu, hansısa dərnəyə gedirdi. Aktyor, rejissor olmaq istəyən gənclərin sayı həddən artıq çox idi. Mənim gəncliyim də xoşbəxtlikdən həmin dövrə təsadüf etdi.Hələ məktəbdə oxuyan da radioda kiçik bir rol ifa etdim və elə həmin dövrdə Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Ağadadaş Qur banov, Əli Zeynalov kimi tanınmış sənətkarlarla tanış oldum. Ümumiyyətlə, mən məqsədyönlü insanam. Qarşıma qoyduğum məqsədə çatmaqçün var qüvvəmllə çalışıram, çalışıram ki, bir işi görəndə yaxşı görüm və uğur qazanım. Görünür bu səbəbdən də bayaq sadaladıqlarınızın hamısına nail olmuşam.Həmişə çalış mışam ki, seçdiyim sahədə birinci olum, amma birinci olmasam da min birinci olmuşam.

- Elə deməyin, Tofiq müəllim, siz məhz birincilər sırasında olmu sunuz hər zaman. Biz İncəsənət Universitetində təhsil aldığımız illər 90-cı illərə təsadüf edib. Həmin dövrdə siz universitetin “re jissorluq” kafedrasının müdiri idiniz, kinorejissorlara sənətin sirrlərini öyrədirdiniz. O illər həqiqətən çox gözəl illər idi. Düz dür, çox ağır illər idi, Azərbaycan müharibə şəraitində yaşayırdı, amma incəsənətdə, xüsusilə də teatr sahəsində çox böyük bir sıçrayışlı inkişaf vardı. Bir-birindən maraqlı teatr festivalları keçi rilirdi hər il, çox istedadlı gənclər oxuyurdu o dövrdə İncəsənət Universitetində. Bəs siz o illəri necə xatırlayırsınız, Tofiq müəl lim? Ümumiyyətlə, pedaqoji fəaliyyətinizlə bağlı nə deyə bilər siz?

- Bilirsiniz ki, Teatr İnstitutunu bitirdikdən sonar bir müddət aktyor kimi fəaliyyət göstərdim, amma o dövrdə Azərbaycan səhnəsində sözün əsl mənasında böyük sənətkarlar vardı, onlara baxıb anladım ki, onlardan biri ola bilməyəcəyəm, bu səbəbdən də rejissor olmaq qərarına gəldim və o dövrkü rejissorluq fakültəsinə daxil oldum, Adil İsgəndərov, Mehdi Məmmədov kimi böyük sənətkarlarla yaxın tanış tanışlığım da elə o vaxtdan başladı. Ümumiyyətlə, o dövrdə Azərbaycanda böyük bir rejissor kollektivi vardı. Ən azı 15 nəfər yaxşı rejissor adı saya bilərdin. Hər birinin tamaşaları sözün əsl mənasında əsl sənət nümunələri idi. O dövrdə dünya səviyyəsində tanınan bəs təkarlarımız da az deyildi. O dövr istər istəməz biz gənclərin ye tişməsinə də kömək edirdi. Rejissorluq fakültəsini bitirəndən sonra Moskvaya getdim. Orda kinorejissorluq fakültəsində, Andrey Tarkovskinin kursunda təhsil aldım. Tarkovslki zəma nəsinin çox böyük rejissoru idi, özü də mübariz ruhlu sənətkar idi, heç kəsə baş əyməzdi, sənətini hər şeydən üstün tutardı, kiminsə əmri ilə əgər onun ağlına batmırsa, dövlətin, mədəniyyə tin əleyhinə deyilsə, filmindəki bircə epizodu belə dəyişdirməzdi Yəni, Adil İsgəndərov kimi onda da bu mübarizlik vardı. Mən orda ilk dəfə Eyzenşteynlə eyni dövrdə işləyən, onunla birgə bir neçə film ekranlaşdıran məşhur rejissor Travlerin dərsində işti rak etdim. Birdən qapı açıldı , o, oxuya-oxuya sinfə daxil oldu və Lümyer qardaşlarının kinonu necə icad etmələrini əsl tarixçi kimi xüsusi bəlağətlə bizə nəql etməyə başladı. Mən valeh oldum. Öz-özümə dedim: “Allah, Allah! Bu nə möcüzədi? Bütün bunları necə yadında saxlaya bilib?” Qərar verdim ki, əgər inşal lah qismət olarsa, mən də müəllim olacağam. Düzdür, Moskva

ya getməzdən əvvəl “radio və televiziyada aktyor sənəti”ndən dərs deyirdim, saat hesabı dərsə gəlirdim. Müəllim kimi ilk addımlarımı atırdım. Müəllimliyin nə olduğunu hələ tam dərk etmirdim. Amma Traveli görəndən sonra müəllimlik sənətinə vuruldum və dedim ki, yox, mən mütləq müəllim olacağam. Moskvada təhsilimi başa vurub vətənə dönəndən sonra filmlər çəkməyə başladım, bununla paralel institutda saat hesabı dərs götürdüm. “Radio və televiziyada dramaturgiya, aktyor və rejissor sənətinin əsasları” fənnindən dərs deməyə başladım. Bu fənn hamıya - aktyorlara da, rejissorlara da, mədəni- maarifçilə rə də lazım idi. O dövrdə radio çox məşhur bir sənət idi, televizi yasa yenicə yaranırdı. Mən də Moskvada oxuyarkən televiziya sənətinin sirrlərini daha çox mənimsəmişdim. Bizə televiziya dövrünün rejissorları deyirdilər. Mənim müəllimlik tarixçəm belədi. Onu da deyim ki, müəllimliyi heç də rejissorluqdan aşağı sənət saymıram. O vaxt özümə söz verdim ki, müəllimlərin də yaxşısından olacağam və çox xoşbəxtəm ki, dərs dediyim tələbələrin əksəriyyəti bu gün müxtəlif sənət sahələrində öz sözünü deməyi bacarır.Fəxr edirəm ki, keçmiş tələbələrim ara sında bu günün tanınmış aktyorları var. Təəssüf ki, onların bir çoxu dünyasını dəyişib. Allah onlara rəhmət etsin!

- Yerleri behişt olsun.

- Bu günkü tələbələr və gənc aktyorlarsa haqq dünyasına qovuş muş sənətkarlarımızın səviyyəsinə yüksəlməkçün durmadan öz üzərlərində çalışmalıdırlar.

- Təbii. Tofiq müəllim, dissertasiya işinizin mövzusu da çox maraqlı idi - “Müasir Azərbaycan kinosunda tipik xarakter”. Bu dis sertasiya işində daha çox hansı məqamlara yer ayırmışdınız? Tə ii ki, sizin filmlərinizdə də tipik xarakterlər çoxdu.

(Ardı var)

R. Rzayeva.

Loading...

QALEREYA