“Məqsədim ancaq Azərbaycanı və türk dünyasını tanıtmaq olub” - TAM HİSSƏ

“Məqsədim ancaq Azərbaycanı və türk dünyasını tanıtmaq olub” - TAM HİSSƏ

Dünya, səndən kimlər keçdi

Mərhum xalq artisti Tofiq İsmayılovla sağlığında aparılan söhbət

“Dünya, səndən kimlər keçdi”slisiləsindən olan bu dəfəki yazımızı Azərbaycan kino sənətinin görkəmli nümayəndələrin dən olan Azərbaycanın xalq artisti, professor, yazıçı, pedaqoq və kinorejissor, xalqının çiçəklənən sabahı, gözəl həyatı üçün əlindən gələni edən fədakar sənətkarlarımızdan biri Tofiq İsmayılovun xatirəsinə həsr etmiik.

Tofiq İsmayılov müasir kinomuzun vəziyyəti, onun axtarışları və dünya şöhrəti, kinoda xəlqilik və ideyalılıq, aktyor və rejissor sənəti problemləri kimi ciddi sənət məsələlərindən söhbət açan 100-ə yaxın məqalələri, müxtəlif sənət məsələlərilə əlaqədar çıxışları, "Türk xalqlarının kino sənətinin təşəkkül və təkamül dövrünü əks etdirən tədqiqat əsəri və üçcildlik "Türk Cumhuriyyətlərinin sinema tarixi" ensiklopedik əsərləri, 30-a yaxın sənədli, bədii və televiziya filmlərinin rejissoru və beş uşaq kitabının müəllifidir.

Tofiq müəllim uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq sənəti üzrə dərs deyib, universitetin rejissorluq kafedrasına rəhbərlik edib,həmin universitetin professoru olub. 1994-cü ildə Türkiyə Cumhuriyyəti Memar Sinan adına Gözəl Sənətlər Universitetinə dəvət alan Tofiq İsmayılov 15 il bu ölkədə - İstanbulda çalışıb. Türkiyədə doğma Azərbaycanımızı, milli kinomuzu təbliğ edib, tanıtdırıb.Onun İstanbulda düzənlədiyi I, II, III "Türk dünyası kinofestivalları", "Ailə filmləri festivalı", "Fantastik filmlər festivalı", "Ç. Aytmatov əsərlərinin kinofestivalı", I, II "Türk dünya teatro festivalı", I, II, III "Türk dünyası operaları günləri", I, II "Türk dünyası çağdaş ədəbiyyat günləri", "Türk dünyası ulduzları silsiləsi"ndən "Qara Qarayev", "Üzeyir Hacıbəyli", "Rəsul Rza", "Bəxtiyar Vahabzadə", "Adil İskəndərov", "Anar" günləri və bir çox sənət şənliklərinin ideya müəllifi olub. "Türk dünyası Ərzrumfilm festivalı"da məhz Tofiq İsmayılovun şəxsi təşəbbüsü və zəhməti hesabına baş tutub. Onun səyi və təşəbbüsü ilə Azərbaycan dramaturqlarının əsərləri İstanbulda səhnəyə qoyulub.

Tofiq İsmayılov pedaqoji fəaliyyətliə yanaşı, 18 bölümlü "Əfv et məni, xocam" teleserialına çəkilib, Ç.Aytmatovun "Gün var əsrə bərabər" romanı əsasında "Manqurt" və qazax şairi Muxtar Şahunovun "Çingiz xanın sirri" mənzum romanını İstanbul Bələdiyyə Teatrı üçün səhnələşdirib.

Mövlanə Cəlaləddin Ruminin YUNESKO tərəfindən keçirilən 800 illiyində, Bakıda Tofiq İsmayılovun təşəbbüsü ilə təşkil olunan "Mövlanə həftəsi" qeyri-adi bir tamaşa idi, bu tamaşa ilə xalqımız Şərqin böyük şairi, həm də Mövlanə adı ilə tanınmış Cəlaləddin Rumiyə ehtiramını ifadə etdi.

Azərbaycan mədəniyyəti üçün həqiqətən böyük işlər görən ustad sənətkar Tofiq İsmayılov 2016-cı ilin 25 martında, 76 yaşında dünyasını dəyişdi. Yazda anadan olan sənətkar, elə yazda da dünyaya əlvida dedi.

Vəfatıdan bir il öncə, 75 illik yubileyi ərəfəsində onunla həmsöhbət olmuşduq. Ağır xəstəliyinə baxmayaraq, həyat dolu idi Tofiq müəllim. Maraqlı bir layihə üzərində işləyirdi. Bu nikbin ruhlu insanı dinləyəndə, onun sənət sevinci ilə alışıb yanan gözlərinə baxanda, belə tezliklə bizi tərk edəcyinə inana bilmirdni. Amma nə yazıq ki, növbəti doğum gününü Tofiq müəllimsiz qeyd etməli olduq.

Bu günlərdə Tofiq müəllimin 78 yaşı tamam olacaq. İllər öncə ondan aldığımız müsahibə ilə təbrik etmək istəyirik unudulmaz sənətkarı. Ruhu şad olsun!

- Tofiq müəllim, xoş gördük sizi. Ad gününüzü təbrik edirik. Sizə uzun ömür, can sağlığı arzulayırıq.

- Təşəkkür edirəm.

- Sizi işdən ayırdıq. Müslüm Maqomayev haqda sənədli filmi montaj edirsiniz. Bu film illər öncə çəkilib və çox böyük əks-sədaya səbəb olmuşdu öz vaxtında. Bəs indi bu filmin montajı nə ilə əlaqədardı?

- Bu film o film deyil. Bu film yeni filmdi və “Müslüm Maqoma yev haqda üç novella” adlanır. Müslüm Maqomayevin 70 illik yubileyi ərəfəsində məndən onun haqqında film çəkməyi xahiş etdilər. Mən də bu işə çox həvəslə hazırlaşdım. Çünki özünüz bilirsiniz, Müslüm Maqomayev necə böyük bir müğənnidi, dünya şöhrətli sənətkardı, xalqımızın fəxridi, belə insanlar yüz ildən bir gəlir dünyaya, Allah belə insanları bol eləsin. Bizim “Mədəniyyət və Turizm Nazirliyi” nin sifarişidi bu film. Çox düşünüb daşınandan sonra filmi “Müslüm Maqomayev haqda üç novella” adlandırdıq. Birinci novella Müslüm Maqomayevin həyat yoldaşı müğənni Tamara Sinyavskayanın onun haqqında söylədiyi xatirələr əsasında çəkilib. Onların tanışlıq və sevgi tarixçəsi, evlilik həyatı haqda Tamara xanımın söhbətləri təqdim olunur tamaşaçılara. Bütün bu tarixçənin mərkəzindəsə Bakı dayanır. Çünki onların tanışlığı və sonrakı birgə həyatları məhz Bakıdan başlayır. 2- ci novella Müslümün dostları haqdadı. Novella “Həqiqi dostlar” adlanır. 3-cü novellanın adınısa Müslüm Maqomayevin ən məşhur və sevilən mahnısı olan “Sinyaya veçnost”(“Mavi sonsuzluq”) mahnısının adından götürmüşük. Yəqin bilirsiz ki, bu mahnı Müslüm Maqomayev haqda çəkdiyim ilk filmimçün, “Oxuyur Müslüm Maqomayev” filmi üçün bəstələnmişdi. Həmin dövrdə Müslüm iki mahnı bəstələdi və yalnız bundan sonra dünyada təkcə təkrarsız səsi olan müğənni kimi deyil, istedadlı bəstəkar kimi də tanındı. O vaxtadək nə yazırdısa, özü üçün yazırdı, ortaya çıxarmırdı. Amma bu iki mahnıdan- atasına həsr etdiyi mahnıyla “Sinyaya veçnost” (“Mavi sonsuzluq”) mahnısından sonra bir çox mahnılar bəstələdi, filmlərə də musiqi yazdı. “Müslüm Maqomayev haqda 3 novella” filmi hələ ictimaiyyətə təqdim olunmayıb. Filmə daxili baxış keçirilib. Film rus dilində yığıldığından Azərbaycan dilinə tərcümə olunub dublyaj edilməli dir. Xəstəliyimlə əlaqədar bu iş bir az yubanıb.

- Allah sizə şəfa versin.

- Çox sağ olun. Yəqin bilirsiniz ki, aprelin 26-da Muğam Mərkə zindədə yubiley gecəm keçiriləcək. Tədbirin sonunda bu filmdən təxminən 25-30 dəqiqəlik bir parça təqdim etmək istəyirəm tamaşaçılara. İnanıram ki, bu onlarçün xoş bir sürpriz olacaq. Bu filmin hər novellası 50 dəqiqədir. Bizsə bütün filmdən cəmi 30 dəqiqəlik bir parçanı seyriçiyə təqdim etmək istəyirik. Bu günkü montajı da elə bununçün edirik.

- Tofiq müəllim, sizin yaradıcılığınız o qədər zəngin və rənga rəngdir ki, necə deyirlər, heç bilmirsən, hardan başlayıb harda qurtarasan. Çünki həm aktyor, həm rejissor, həm yazıçı, həm ssenarist, həm alim, həm də pedaqoq kimi tanınırsınız, sevilirsi niz. Sizin filmlərinizə bu gün də böyük maraqla baxırıq. Bundan sonra da sizdən təbii ki, yeni filmlər gözləyirik. Amma gəlin xəya lən də olsa, yolun başlanğıcına, gənclik illərinizə qayıdaq. Bili rəm ki, siz o vaxtkı M.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmisiniz və Gənc Tamaşaçılar Teatrında bir müddət aktyor kimi fəaliyyət də göstərmisiniz O illəri necə xatırlayırsınız?

- Həmin illəri mədəniyyətə axın illəri kimi səciyyələndirərdim. Müharibə insanları o qədər yormuşdu ki, insanlar ancaq dinclik, sevinc, səadət axtarırdılar. 50-ci, 60-cı illərin əvvəllərində insanlar dünyanı artıq başqa cür görməyə başladılar. O dövrdə mədəniyyətə böyük bir axın vardı. Misalçün, 60-cı illərdə demək olar, hər kəsin evində piano vardı, kasıbın da, dövlətlinin də, demək olar, hər kəsin övladı musiqi məktəbində oxuyurdu, hansısa dərnəyə gedirdi. Aktyor, rejissor olmaq istəyən gənclərin sayı həddən artıq çox idi. Mənim gəncliyim də xoşbəxtlikdən həmin dövrə təsadüf etdi.Hələ məktəbdə oxuyan da radioda kiçik bir rol ifa etdim və elə həmin dövrdə Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Ağadadaş Qur banov, Əli Zeynalov kimi tanınmış sənətkarlarla tanış oldum. Ümumiyyətlə, mən məqsədyönlü insanam. Qarşıma qoyduğum məqsədə çatmaqçün var qüvvəmllə çalışıram, çalışıram ki, bir işi görəndə yaxşı görüm və uğur qazanım. Görünür bu səbəbdən də bayaq sadaladıqlarınızın hamısına nail olmuşam.Həmişə çalış mışam ki, seçdiyim sahədə birinci olum, amma birinci olmasam da min birinci olmuşam.

- Elə deməyin, Tofiq müəllim, siz məhz birincilər sırasında olmu sunuz hər zaman. Biz İncəsənət Universitetində təhsil aldığımız illər 90-cı illərə təsadüf edib. Həmin dövrdə siz universitetin “re jissorluq” kafedrasının müdiri idiniz, kinorejissorlara sənətin sirrlərini öyrədirdiniz. O illər həqiqətən çox gözəl illər idi. Düz dür, çox ağır illər idi, Azərbaycan müharibə şəraitində yaşayırdı, amma incəsənətdə, xüsusilə də teatr sahəsində çox böyük bir sıçrayışlı inkişaf vardı. Bir-birindən maraqlı teatr festivalları keçi rilirdi hər il, çox istedadlı gənclər oxuyurdu o dövrdə İncəsənət Universitetində. Bəs siz o illəri necə xatırlayırsınız, Tofiq müəl lim? Ümumiyyətlə, pedaqoji fəaliyyətinizlə bağlı nə deyə bilər siz?

- Bilirsiniz ki, Teatr İnstitutunu bitirdikdən sonar bir müddət aktyor kimi fəaliyyət göstərdim, amma o dövrdə Azərbaycan səhnəsində sözün əsl mənasında böyük sənətkarlar vardı, onlara baxıb anladım ki, onlardan biri ola bilməyəcəyəm, bu səbəbdən də rejissor olmaq qərarına gəldim və o dövrkü rejissorluq fakültəsinə daxil oldum, Adil İsgəndərov, Mehdi Məmmədov kimi böyük sənətkarlarla yaxın tanış tanışlığım da elə o vaxtdan başladı. Ümumiyyətlə, o dövrdə Azərbaycanda böyük bir rejissor kollektivi vardı. Ən azı 15 nəfər yaxşı rejissor adı saya bilərdin. Hər birinin tamaşaları sözün əsl mənasında əsl sənət nümunələri idi. O dövrdə dünya səviyyəsində tanınan bəs təkarlarımız da az deyildi. O dövr istər istəməz biz gənclərin ye tişməsinə də kömək edirdi. Rejissorluq fakültəsini bitirəndən sonra Moskvaya getdim. Orda kinorejissorluq fakültəsində, Andrey Tarkovskinin kursunda təhsil aldım. Tarkovslki zəma nəsinin çox böyük rejissoru idi, özü də mübariz ruhlu sənətkar idi, heç kəsə baş əyməzdi, sənətini hər şeydən üstün tutardı, kiminsə əmri ilə əgər onun ağlına batmırsa, dövlətin, mədəniyyə tin əleyhinə deyilsə, filmindəki bircə epizodu belə dəyişdirməzdi Yəni, Adil İsgəndərov kimi onda da bu mübarizlik vardı. Mən orda ilk dəfə Eyzenşteynlə eyni dövrdə işləyən, onunla birgə bir neçə film ekranlaşdıran məşhur rejissor Travlerin dərsində işti rak etdim. Birdən qapı açıldı , o, oxuya-oxuya sinfə daxil oldu və Lümyer qardaşlarının kinonu necə icad etmələrini əsl tarixçi kimi xüsusi bəlağətlə bizə nəql etməyə başladı. Mən valeh oldum. Öz-özümə dedim: “Allah, Allah! Bu nə möcüzədi? Bütün bunları necə yadında saxlaya bilib?” Qərar verdim ki, əgər inşal lah qismət olarsa, mən də müəllim olacağam. Düzdür, Moskvaya getməzdən əvvəl “radio və televiziyada aktyor sənəti”ndən dərs deyirdim, saat hesabı dərsə gəlirdim. Müəllim kimi ilk addımlarımı atırdım. Müəllimliyin nə olduğunu hələ tam dərk etmirdim. Amma Traveli görəndən sonra müəllimlik sənətinə vuruldum və dedim ki, yox, mən mütləq müəllim olacağam. Moskvada təhsilimi başa vurub vətənə dönəndən sonra filmlər çəkməyə başladım, bununla paralel institutda saat hesabı dərs götürdüm. “Radio və televiziyada dramaturgiya, aktyor və rejissor sənətinin əsasları” fənnindən dərs deməyə başladım. Bu fənn hamıya - aktyorlara da, rejissorlara da, mədəni- maarifçilə rə də lazım idi. O dövrdə radio çox məşhur bir sənət idi, televizi yasa yenicə yaranırdı. Mən də Moskvada oxuyarkən televiziya sənətinin sirrlərini daha çox mənimsəmişdim. Bizə televiziya dövrünün rejissorları deyirdilər. Mənim müəllimlik tarixçəm belədi. Onu da deyim ki, müəllimliyi heç də rejissorluqdan aşağı sənət saymıram. O vaxt özümə söz verdim ki, müəllimlərin də yaxşısından olacağam və çox xoşbəxtəm ki, dərs dediyim tələbələrin əksəriyyəti bu gün müxtəlif sənət sahələrində öz sözünü deməyi bacarır.Fəxr edirəm ki, keçmiş tələbələrim ara sında bu günün tanınmış aktyorları var. Təəssüf ki, onların bir çoxu dünyasını dəyişib. Allah onlara rəhmət etsin!

- Yerleri behişt olsun.

- Bu günkü tələbələr və gənc aktyorlarsa haqq dünyasına qovuş muş sənətkarlarımızın səviyyəsinə yüksəlməkçün durmadan öz üzərlərində çalışmalıdırlar.

- Təbii. Tofiq müəllim, dissertasiya işinizin mövzusu da çox maraqlı idi - “Müasir Azərbaycan kinosunda tipik xarakter”. Bu dis sertasiya işində daha çox hansı məqamlara yer ayırmışdınız? Tə ii ki, sizin filmlərinizdə də tipik xarakterlər çoxdu.

- Azərbaycan kinosu elə çəkilməlidir ki, dünyanın harasında gös tərilməsindən asılı olmayaraq, məhz Azərbaycan kinosu kimi qə bul olunsun. Bu o demək deyil ki, biz Fatmanisə kinosu çəkək, desinlər, bu Azərbaycan kinosudur. Təbii ki, filmin texnikası, çə kilişi, montajı dünya standartları səviyyəsində olmalıdır. Amma filmin mövzusu Azərbaycana aid olmalıdır, qəhrəmanları azər baycanlı olmalıdır. Azərbaycanlı xarakteri, azərbaycanlı geyimi, adət-ənənələrimiz, mədəniyyətimiz milli kinomuzda öz əksini tapmalıdır. Əgər biz Fransadakı kimi geyiniriksə, onda necə azər baycanlıyıq? Fransaya gedəndə orda bir dəfə də olsa azərbay canlı kimi geyinən əcnəbi görmüsünüz? Mən demirəm ki, biz bu gün dünyadakı dəbdən geri qalmalıyıq, amma neyçün biz yalnız Avropa, yaxud Amerika dəbiylə geyinməliyik, axı həmin dəbi öz milli xarakterimizə, milli ruhumuza uyğunlaşdırsaq, öz kimliyimi zi qorumuş olarıq. Misalçün, gürcülərə baxın. İstənilən vəziyyət də gürcü olmaları dərhal nəzərə çarpır. Çünki hər zaman istər davranışlarında, istər danışıqlarında, istər xarakterlərində, istər sə də geyimlərində hansısa bir milli ştrixi qoruyub saxlayırlar. Bizsə təəssüf ki, çox zaman bunu unuduruq. Mən həmişə demi şəm, mənim kinoma kim baxsa, görəcək ki, bu Tofiq İsmayılo vun kinosudu. Mənim kinomda nə italyan, nə rus, nə də fransız kinosundan heç nə yoxdu. Mən ancaq Tofiq İsmayılov kinosu çəkmişəm. Filmlərim kimlərinsə xoşuna gəlməyə bilər, amma dəqiq bilirəm ki, bu Azərbaycan kinosudur, bu mənə aid olan kinodur. Çünki dünya kinosuna baxıb onu təqlid etmək mümkün deyil. Çünki heç bir rejissor heç bir rejissorun etdiyini edə bilməz. Ya ondan qat-qat üstün, ya da ondan qat-qat aşağı edə bilərsən.Qat-qat aşağı etməyin mənası yoxdu, hətta ondan üstün etsən belə, yenə də həmin işin daha səviyyəli təkrarını ər səyə gətirmiş olarsan. Ona görə də yalnız xalqına xidmət edən sənətkar uzun ömürlü olur. Hətta dünyadan köçəndən sonra da yadigar sənəti onu yaşadır. Adil İsgəndərov deyərdi ki, o sənət də ki, milli ruh var və milli ruhu düzgün təqdim etməyi bacaran sənətkar var, orda əsl sənət var, orda Azərbaycan var. Yəni, mil lilik yalnız geyimdə, danışıqda, papaqda deyil, ümumi atmos ferdə, şüurda olmalıdır. Mən məhz bu ruhda filmlər çəkməyə çalışmışam hər zaman, buna nə dərəcədə nail ola bildiyimisə təbii ki, tamaşaçılar deyə bilər.

- Yüksək səviyyədə nail olmusunuz, Tofiq müəllim. Adil İsgəndə rovun sizin sənətkar taleyinizdə, məncə, rolu çox böyük olub.

- Adil İsgəndərov mənim sənətkar taleyimdə demək olar ki, hər şeydi. Mənimçün sənət elə Adil İsgəndərovdu. Adil İsgəndərov hər zaman mənimlədi, mən hər gün ona rəhmət oxuyuram. Adil İsgəndərov Azərbaycan incəsənətini, Azərbaycan kinosunu, xü susilə də Azərbaycan teatrını, milli aktyor sənətini yüksəklərə qaldıran ölməz sənətkardı. Mən Moskvada təhsil alanda fəxr edirdim ki, Oxlopkov Adil İsgəndərovla tələbə yoldaşı olub. O zaman Oxlopkov “Hamlet” əsərini səhnələşdirirdi, mənə də tap şırmışdı ki, gəlib məşqlərə baxım. O da Adil müəllim kimi tələbə lərinə qadam deyə müraciət edirdi. Mənə deyirdi: “Sən qada mın tələbəsisən? Sən xoşbəxt olacaqsan”. Bu gün tam əminliklə deyə bilərəm ki, Azərbaycan mədəniyyətində doğrudan da özümü xoşbəxt sayıram. Çətinliklərim çox olub, qapı arxasında çox qalmışam, incidiblər. haqqımı yeyiblər, amma əgər sən bu gün ürəkdən deyirsən ki, mənim filmlərimə baxırsan, bu mənimçün hər şeydi. Mənim qazancım elə budu. Tarkovski deyirdi ki, əgər filmdə baxandan sonra bircə nəfər deyirsə ki, ah, mən nəsə öyrəndim, deməli sən çox iş görmüsən”.

- Elədir.

- Adil isgəndərov böyük insan, böyük pedaqoq, böyük rejissor böyük alim və böyük bir ata idi. O, tələbələrini çox sevərdi. Ən şuluq tələbəsini belə çox istəyirdi. Deyirdi ki, mənə aktyor la zımdı. Yaxşı aktyorsansa, şuluq da salacaqsan da. Sən masa de yilsən ki, harda qoysalar, orda da qalasan. Sən insansan, təbii ki, səhv edəcəksən. Əslində bu münasibətilə də bizə həyat dərsi vermiş olurdu, yol göstərirdi. O, demirdi ki, vur, dağıt, qalmaqal sal, deyirdi ki, canli insansan, aktyorsan, təbii ki, dəcəl olacaq san. Heç birimiz Adil müəllim kimi pedaqoq ola bilmərik. O, bir kəlmə ilə hər şeyi elə dərk etdirirdi ki, adama elə gəlirdi hər şeyi bildi. Özü də uzun-uzadı danışmazdı. Qısa-konkret deyərdi sözü nü. “Qadam, onu zad elə, onu da şey elə”. Amma bunu elə de yirdi, elə bil sənə bir kitab söz deyib, sən də onun dediklərini edirdin. Deyirdi:”Hə, indi yaxşıdı”. “Bir az da belə elə”. Edirdin və hər şey gəlib öz yerini alırdı. Bunun necə bir ovsun, necə bir intonasiya olduğunusa deyə bilmərəm.

- Tofiq müəllim, sizin filmləriniz həm mövzu, həm də janr baxımından kifayət qədər maraqlı və rəngarəngdir, çox böyük akt yorlarla işləmisiniz həmin filmlərdə. Musiqili filmləriniz də az deyil. Bədii filmləriniz qədər sənədli filmləriniz də baxımlıdır. Amma ən çox sevilən uşaqlarçün çəkdiyiniz filmlərdir. Bu həvəs, bu maraq hardan yarandı sizdə ki, məhz uşaqlarçün işləyəsiniz?

- Bilirsiniz, Gənc Tamaşaçılar Teatrında aktyor işləmək, uşaqların oynadığın personajlara münasibətini görmək- müsbət qəhrə man olanda səni alqışlarla qarşılayıb yola salmalarını, mənfi per sonaj olanda qışqırıqları ilə səni səhnədən qovmağa cəhd etmə ləri-səni istər-istəməz uşaq aləminə bağlayır. Uşaq seyriçisiylə oynamaq, uşaq seyriçisini ruhlandırmaq, uşaq seyriçisinin səmi mi alqışlarından ruhlanaraq oyununu davam etdirmək həqiqə tən gözəl duyğudu, mənim uşaqlara sevgim də elə həmin o dövr də başlayıb. Bundan əlavə mən 7 il Azərbaycan radiosunda həm rejissor, həm də diktor işləmişəm. Bir çox uşaq verilişlərinin həm rejissoru, həm də aparıcısı olmuşam.

- Sizin tamaşalarınız indiyədək radiomuzun qızıl fondunda qorunur.

- Bəli, bilirəm, orda çox yaxşı tamaşalar var. O vaxtlar həmin ta maşalar televiziya serialları qədər gözəl idi. İnsanlar bəlli saatda evlərində radioqəbuledicinin ətrafına toplaşıb sevimli verilişləri ni, radio tamaşaları dinləyirdi. Səhər hamı həmin verilişlərdən, tamaşalardan danışırdı. O vaxtlar “Arı” adlı radio jurnalı efirə çıxırdı. Həmin jurnal səsləndiriləndə inanın ki, şəhərdə hərəkət dayanırdı, yarım saat həmin verilişə qulaq asırdı hamı, yalnız bundan sonra şəhər öz adi həyat ritminə qayıdırdı. Bax belə günləri vardı radionun. Bilirsiz ki, radio çox böyük bir nemətdir, çox böyük bir sənətdir. Radioda hər adam işləyə bilməz. Biz o vaxt radioda elə tamaşalar hazırlamağa çalışırdıq ki, heç də teatrdan əskik olmasın. O vaxtlar bayaq adlarını sadaladığım böyük teatr və kino rejissorları vardı. Mənsə radio rejissoru idim. Amma məni də tanıyırdılar, mən də həmin siyahıdaydım. Mən radioda elə tamaşalar hazırlamaq istəyirdim ki, hər bir dinləyici səsin nələrə qadir olduğunu görsün, inanıram ki, gələcək yaradıcılığımda bu tamaşaların çox böyük rolu oldu.

- Dublyaj sahəsində də çalışmısınız, Tofiq müəllim.

- Bəli. Sonra uzun müddət televiziyada işlədim. Televiziyadan sonrasa dublyaja getdim. O dövrdə “Mən ki, gözəl deyil dim” filmi çəkilirdi və həmin filmə ikinci rejissor lazım idi. Adil müəllim mənə dedi ki, qadam, gedib orda işləyəcəksən, dedim ki, getmirəm. Mən o işi bilmirəm axı.Mən nə ikinci rejissorun nə olduğunu bilmirəm, nə də bilmirəm kino necə çəkilir. Heç vaxt kinoda işləməmişəm. Soruşdu ki, bəs nə istəyirsən? Dedim ki, dublyaj istəyirəm. Çünki dublyaj radionun başqa formasıdır. Ra dioda səs var, görüntü yoxdur, dublyajdasa görüntü çoxdu, səssə daha azdı. Bu səbəbdən də dublyajı seçdim. 2-3 il dublyaj da işlədim, sonra Moskvaya oxumağa getdim və dublyajla ekranı birləşdirə bildim, yəqin ki, bütün gələcək işlərimin əsasında məhz bu dayanır. Rejissor kimi çəkdiyim ilk film “Mənim şəhəri min daşları”dır. Həmin filmin qəhrəmanı da uşaqdır.

- Çox uğurlu bir filmdir.

- Bəli, kiçik bir filmdir, həmin film mənim kurs işim idi. Amma Tarkovski filmi çox bəyəndi. O vaxtlar Nəbi Xəzri televiziyanın sədri idi. Filmə baxıb dedi ki, bu filmə xərclədiyin pulun ikiqatını verib onu səndən alıram. Allah ona rəhmət etsin. Beləcə, film alındı, bu gün televiziyanın qızıl fondunda qorunur, tez-tez nümayiş olunur. Buna çox sevinirəm. Dünyanın müxtəlif yerlərində ustad dərsləri verəndə ilk filmim kimi həmin filmi göstərirəm. Ondan sonra diplom işi çəkdim. Yenə də bəxtim gətirdi. Diplom işim də böyük ekrana çıxdı. Hər diplom işi ora çıxmazdı. Bəlkə də Azərbaycan kinosunda o dövrdə diplom işi mərkəzi televiziyanın ekranına çıxan ilk qaranquş idim. Həmin filmin qəhrəmanı da uşaq idi. Ondan sonra “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Mən mahnı bəstələyirəm” kimi filmlərim ekranlara çıxdı. Əksər filmlərimin qəhrəmanları uşaqlardır. Hətta böyüklərçün çəkdiyim filmlərdə də uşaq rolları var. Nə bilim, uşaq rolu olmayanda, o filmi bəyənmirəm.

- Uşaqlara olan böyük məhəbbətinizdəndir yəqin ki.

- Uşaqlarla işləmək həm asandır, həm də çətin. Gərək uşaqla uşaq olasan. Onun kimi oynayasan, onun kimi düşünəsən. Ona deyirsən ki, gəl səninlə oyun oynayaq. Sən qurdsan, mənsə dovşan. Halbu ki, əksinə deməliyəm. Amma deyəndə ki, sən qurdsan, mən dovşan, uşaq aldanır. Və oyuna cəlb olunur. Sonra deyirəm ki, vay, elə gülmə, mən səndən qorxuram.Elə bu andan aramızda dostluq yaranır.Uşağı nəyəsə məcbur etmək, edəcəyi hərəkətləri, çatdırmalı olduğu hissləri ona diqtə etmək olmaz, elə şərait yaratmalısan ki, hər şey təbii alınsın.Ümumiy yətlə, uşaqları sevirəm, həm də üç qızım var, o üç qız da evdə mənimçün bir növ oyuncaq idilər, mən də onların ən böyük oyuncağı idim. İndi də nəvələrim var, Allah sizlərə də qismət etsin.

- Allah canlarını sağ etsin.

- Odur ki, uşaqları çox sevirəm. Amma təəssüf ki, 30 ildir bizdə uşaq filmi çəkilmir.

- Çox təəssüf.

- Hamı deyir çox təəssüf, amma heç kəs hərəkət etmir. Belə məntiqmi olar? Belə mədəniyyətmi olar? Hətta bağça uşaqları nı belə düşünmək lazımdır. Hər yaş dövrü üçün film çəkilməlidir. Bizdə belə bir şey yoxdur. Filmlərin əksəriyyəti bir-birinə bənzə yir. Mən heç kəsin könlünə dəymək istəmirəm. Amma bu haqda düşünmək lazımdır. Axı birdən-birə dünya miqyasına çıxmaq mümkün deyil. Bizim öz dərdimiz var, öz filmlərimizə öz seyriçi miz var. Biz indi film çəkirik ki, Oskar alaq. Sənin Oskarla nə işin var axı?! Sən ömründə Oskar almamısan, almayacaqsan da. Sən öz Oskarını çək, Azərbaycan Oskarı çək. Amma biz bu gün Azərbaycanı unutmuşuq, əcnəbilərə bənzəməyə çalışırıq. Filmlə rimizi onlar kimi çəkməyə, onlar kimi montaj etməyə çalışırıq. Bu isə sol əllə sağ qulağı qaşımağa bənzəyir.

- Tofiq müəllim, siz 15 il vətəndə olmadınız, Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində müəllimlik etdiniz, eyni zamanda çox maraqlı layihələrə imza atdınız, gözəl tamaşalar səhnələşdirdiniz Türkiyə teatrlarları üçün. O illəri necə xatırlayırsı nız?

- Əslində mənim yaralı yerlərimə toxunursunuz. Bəli, mən 15 il vətəndən uzaqda yaşadım, ancaq heç zaman vətəni unutmadım Mən ancaq Azərbaycançün yaşadım, Azərbaycanı təbliğ etdim, Opera sənətimizi, teatr sənətimizi, muğamlarımızı mən apar dım İstanbula. Mənə qədər bunların heç biri İstanbulda təbliğ olunmamışdı. Hətta ilk dəfə İstanbul televiziyasında canlı efirə çıxanda istanbullular məndən sorushdular ki, siz heç kamera gör müsünüz? Yəni, siz də kino çəkirsiniz? Xalqımın kimliyini onlara sübut etməkçün 3 cildlik “ Türk dünyasının kino tarixi” ki tabını yazdım. Özbəkləri, qırğızları, türkmənləri, azərbaycanlıları türklərə tanıtmağa çalışdım. Axı türk məni tanımırsa, fransız, italyan hardan tanısın?! Heç tanımaq da istəməzlər.Türklərə böyük mədəniyyətimiz olduğunu sübut edə bildim. Düz 92 ildən sonra Üzeyir Hacıbəylinin ölməz “Leyli və Məcnun” operasını İstanbul teatrlarının səhnəsinə gətirdim, Azərbaycan Dövlət Opera və Balet Teatrının İstanbula qastrol səfərini təşkil etdim. Bəs indi niyə bu işləri görmürlər? Niyə məndən sonra heç bir opera əsərimiz İstanbul da göstərilməyib? Niyə Türkiyəyə qastrollar təşkil olunmur? Bəyənmirik Türkiyəni? Amma Türkiyə istər teatr, istərsə də kino sahəsində bizi çox ötüb. Meylimizsə daha çox Rusiya ilə Avropayadır. Mən demirəm ki, Avropaya getməyək, gedək, amma, türk dünyasını da unutmayaq. Türkiyədə yaşadığım illər mənimçün Azərbaycanı türklərə tanıtmaq dönəmi idi. 2000-ci illərin əvvəllərində türk televiziyası və qəzetləri üçün verdiyim müsahibələrdə deyirdim:” Bütün türk dünyasının mədəniyyəti Azərbaycan mədəniyyət körpüsündən keçib öyrənməlidir”. Bu günsə əksini deyəcəyəm. Biz bu gün hər bir sahədə onlardan geri qalırıq. Onlar bizdən öyrənib irəli getdilər, bizsə onlara döndük. Çox təəssüf. Bu gün İstanbula gedəndə İstanbulun sənət elitası məni elə yüksək səviyyədə qarşılayır ki, məəttəl qalıram. Özlüyümdə düşünürəm ki, bunlar niyə məni belə qarşılayır axı? Mən kiməm ki?

- Elə deməyin, Tofiq müəllim, siz orda doğrudan da çox iş görmüsünüz.

- Mən orda ancaq Azərbaycançün işləmişəm. Türklərçün heç bir iş görməmişəm. Məqsədim ancaq Azərbaycanı və türk dünyası nı tanıtmaq olub. Mən Çingiz Aytmatovun, Muxtar Şahunovun, Oljas Süleymenovun əsərlərini İstambul teatrının səhnəsinə gətirmişəm, İstanbulu onlara, onlarısa İstanbula sevdirmişəm. Rəhmətlik Çingiz Aytmatov heç vaxt demirdi ki, mən türkəm. Amma axırda dedi ki, əvət, mən də türk kökündənəm, mən də qırğız türküyəm. Mən bunu dedirtdim ona. O, türk dünyasının böyüklüyünü görəndən, onu sevəndən, onun qüdrətinə inanan dan sonra dedi bunu. Boş-boşuna deməzdi ki. “Yazarlar və qəzetəçilər birliyi"nin sifarişi ilə Çingiz Aytmatovla birlikdə "Alpərənlər" adlı ssenari yazırdıq. Amma Aytmatov dünyasını dəyişdiyindən işimiz yarımçıq qaldı.

- Tofiq müəllim, sizin xidmətləriniz danılmazdır. Azərbaycançün, Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisi, Azərbaycan kino su, hətta Azərbaycan teatrı üçün çox işlər görmüsünüz. Və buna görə biz sizə minnətdarıq. 75 illik yubileyiniz ərəfəsində sizinlə həmsöhbət olduq, sizə bir daha uzun ömür, can sağlığı və yaradı cılıq uğurları diləyirik.

- Çox sağ olun.

- Bilmirəm sizin yaradıcılığınızı nə dərəcədə əhatə edə bildim, təbii ki, bu asan iş deyil mənimçün, amma ən vacib məqamlara toxunmağa çalışdım.Tofiq müəllim, ola bilsin, ürəyinizdə elə bir sual var ki, onu cavablandırmaq istərdiz.

- Əslində suallar bitib tükənmir, nə qədər ki, yaşayırıq, nə qədər ki, düşünürük, özümüzə suallar verib onları cavablandırmağa ça lışırıq. Amma bu gün məni bir sual çox düşündürür. Görəsən Azərbaycan mədəniyyətinin sabahı necə olacaq? Nədən dünənə dək Rusiyada, keçmiş SSRİ ölkələrində dünyaşöhrətli bəstəkarla rı ilə tanınan Azərbaycan bu gün “Davay, do svidaniya” adlı bayağı mahnı ilə tanınır? Bax bu sualın cavabı məni həqiqətən narahat edir.

R. Rzayeva.

Loading...

QALEREYA