Ömər Eldarov Rəsulzadənin hansı heykəlini hazırlayıb? - Heyəltəraşdan AÇIQLAMA

Ömər Eldarov Rəsulzadənin hansı heykəlini hazırlayıb? - Heyəltəraşdan AÇIQLAMA

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbər bu gün 135 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Bakıda qoyulmalı olan heykəli ilə bağlı açıqlama verib.
İsa Qəmbər vaxtilə məşhur heykəltəraş Ömər Eldarov tərəfindən Rəsulzadənin heykəlinin hazırladığını vurğulayıb:

“Rəsulzadənin möhtəşəm bir heykəli hazırlanıb. Heykəltaraş Ömər Eldarovun hazırladığı bu heykəli mən emalatxanada görmüşəm. Ortada siyasi iradə olarsa, başqa heykəltaraşlara da imkan yaratmaq olar. İstənilən halda, Bakıda Rəsulzadənin heykəli qoyulmalıdır”.

İsa Qəmbər deyib ki, o, həmin heykəli 25 il əvvəl görüb:

“Mən bu gözəl sənət əsərini düz 25 il əvvəl-1994-cü ilin yanvar ayında görmüşəm. Müsavat Partiyası olaraq M.Ə.Rəsulzadənin 110 illik yubiley tədbirlərinə hazırlaşırdıq. Türkiyədən Rəsulzadənin silahdaşları-dəyərli ağsaqqallarımız Məhəmməd Kəngərli, Əhməd Karaca və digər dostlarımız gəlmişdi. Onlarla birlikdə məşhur heykəltaraş Ömər Eldarovun emalatxanasına getdik.
Rəsulzadənin möhtəşəm abidəsinin orijinalını orda və həmin gün gördük və hamımız çox bəyəndik!”.

İsa Qəmbərin sözlərinə görə, həmin heykəl Elçibəy hakimiyyətinin qərarı ilə hazırlanmışdı.

Modern.az saytının əməkdaşı məsələ ilə əlaqədarAzərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, heykəltəraş Ömər Eldarovla əlaqə saxlayıb.

Belə bir heykəlin hazırlandığını təsdiqləyən Ömər Eldarov həmin abidənin əslində nümunə olduğunu deyib. O bildirib ki, heykəlin hazırladığı vaxt da dəqiq yaddaşında qalmayıb:

“Lap çox vaxt keçib. O zamanlar məndən xahiş edildi ki, Məhəmməd Əmin Rəsulzadənin heykəlinin 2 metrlik nümunəsini hazırlayım. Mən də bunu etdim. daha sonra onun üzərində 4 metrlik əsas heykəl hazırlanmalı idi. Halbuki, Rəsulzadənin heykəli elə nümunə olaraq, qaldı. Yəni əsas heykəl hazırlanmadı.
Əsas heykəlin də Kukla Teatrının qarşısındakı bağda qoyulması nəzərdə tutulurdu. Amma o heykəl hazırlanmadı, 2 metrlik nümunə heykəl isə elə indi də mənim emalatxanamda qalır”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA